Ticarət və xidmət sektoru geriləyir – TƏHLİL

Müəllif: Redaktor

Editor

Nəzərə alsaq ki, real sektora kredit qoyuluşları ölkə üçün önəmli faktordur və ölkənin böhrandan çıxması, iqtisadi inkişafına təkan deməkdir, bu halda sektorlar üzrə kredit qoyuluşları da maraqlı statistikadır.

Yenicag.Az Mərkəzi Bankın statistikasına əsasən xəbər verir ki, 2016-cı ilin sonunda ticarət və xidmət sektoruna qoyulmuş kreditlərin məbləği 2 milyard 467 milyon manat və xusui çəkisi 15% olub. Ən böyük kredit yatırımı energetika, kimya və təbii ehtiyatlar sektorunun payına düşür. 2015-ci ildə bu sektora kredit qoyuluşları cəmi 316 milyon manat olduğu halda, 2016-cı ildə 596 milyon manata yüksəlib və kredit portfelində xüsusi çəkisi 3.6% təşkil edib. Hər iki sahəyə qoyulan kreditlərin həcmini öncəki illə müqayisə etdikdə görürük ki, ticarət və xidmət sektoruna qoyulan kreditlərin həcmi azalma ilə müşahidə olunsa da, energetika, kimya və təbii ehtiyatlar sektoruna qoyulan kreditlərin həcmi artıb

Statistikaya əsasən, ticarət və xidmət sektoruna qoyulan kreditlərdə 691 milyon manat və ya 2.9% azalma müşahidə olunub. Energetika, kimya və təbii ehtiyatlar sektorunda isə 279 milyon manat və ya 88.4% artım əldə olunub.
Qeyd edək ki, 2016-cı ilin sonunda cəmi kreditlərin məbləği 16 milyard 444 milyon manat olub. Yəni, 2015-cı ilin yekunu ilə müqayisədə 5 milyard 286 milyon manat azalma müşahidə edilib.

Yenicag.Az


Loading...

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

Müzakirə

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir