Tikinti materialları bazarında qiymətlər qalxdı

Tikinti materialları bazarında qiymətlər qalxdı

Müəllif: Redaktor

Baş Redaktor

tikinti-malDolların bahalaşması tikinti materialları bazarına da təsir edib.

Yenicag.az Xəzərxəbər-ə istinadən xəbər verir ki, tikinti materiallarının qiymətində bahalaşma müşahidə edilir. Satıcılar deyirlər ki, əvvəlki illərin payız-qış ayları ilə müqayisədə bazara gələn müştərilərin sayı da azalıb. Səbəb elə qiymətlərin bahalaşmasıdır.

Dərnəgüldəki tikinti materialları bazarında alıcıdan çox satıcıları görmək mümkündür. Satıcılar deyirlər ki, durğunluğun səbəbi dolların bahalaşması fonunda tikinti materiallarının da qiymətinin qalxmasıdır.

O ki qaldı qiymətlərə, bəzi tikinti materialları 4-5 qəpik, bəziləri isə 6-7 manata qədər bahalaşıb. Ancaq qiyməti dəyişməyən materiallar da var.

Taxta və armaturların qiyməti isə yerli və xarıcı istehsal olmasına görə fərqlidir.

Mismar və tamet daşların da qiymətində dəyişiklik var.

Satıcılar deyirlər ki, qiymətlərin aşağı düşməsi və yaxud daha da bahalaşması dolların vəziyyəti ilə bağlı olacaq. Onlar, yeni ildən vəziyyətin düzələcəyinə ümid edirlər.

Yenicag.az

İqtisadiyyat

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
yenicag.az
yenicag.az
yenicag.az
yenicag.az
Yenicag.Az | Analitik İnternet Qəzeti