www.sinerjipro.net

SinerjiProWide
Reklam

“Suriya prezidenti Bəşər Əsədin hakimiyyətdən getməsi nizamlı olmalıdır”.

APA-nın Moskva müxbirinin verdiyi məlumata görə, bunu ABŞ dövlət katibi Reks Tillerson rusiyalı həmkarı Sergey Lavrovla apardığı danışıqların yekunlarına dair keçirilən mətbuat konfransında bildirib.

“Biz həqiqətən də Əsədin gələcək rolu barədə danışdıq. Onun siyasi prosesdə iştirakı ya da siyasi prosesdə iştirak etməməsi barədə danışdıq. Bizim mövqeyimiz ondan ibarətdir ki, Əsəd rejimi sonu çatıb. Onlar özləri bunda günahkardırlar. Öz davranışları və bir neçə illər ərzində davam edən müharibə onların günahıdır”deyə ABŞ dövlət katibi qeyd edib.

Reks Tillerson Moskvanı Əsədə reallığı anlatmağa kömək etməyə çağırıb: “Bizim mövqeyimiz odur ki, Rusiya Əsədin daha yaxın müttəfiqidir və Rusiya Əsədə bu reallığı anlatmağa kömək edə bilər. Hesab edirik ki, Əsədin hakimiyyətdən getməsi struktur və nizamlı şəkildə həyata keçməlidir. Bu çox vacibdir ki, onun təmsil etdiyi icmanın maraqları danışıqlar masasında təmsil olunsun”.

Yeniçağ.Az

Yenicag.Az - www.yenicag.az

Tarix:
Oxunma sayı: 44
Kateqoriyalar:
Etiketlər:
Paylaş:

× Saytın materialları mənbə göstərilmədən paylaşıla, kopyalana və ya başqa yerdə yayımlana bilməz.

Nə düşünürsən?
Xəbərləri İzləyin
Bənzər Xəbərlər

    "Günün manşet və ən çox oxunan xəbərlərini hər gün e-poçt vasitəsilə təqib etmək üçün YeniÇağ Xəbər bületeninə abunə olun."