!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Tillerson: “Putin və Lavrovla görüşlər boş və faydasız idi”

!Reklam – Yazi

ABŞ dövlət katibi Reks Tillersonun Rusiya prezidenti Vladimir Putin və Rusiya xarici işlər naziri Sergey Lavrovla aprel ayının əvvəllərində baş tutan danışıqları nəticəsiz olub.

Yeniçağ.az NPR radiostasiyasına istinadən xəbər verir ki, bu barədə dövlət katibi özü məlumat verib. Onun sözlərinə görə, həmin vaxt ABŞ-la Rusiya münasibətləri “soyuq müharibə” dövründən daha pis vəziyyətdə olub, rəsmi Moskva da bununla razılaşıb.

“Biz bu görüşdə heç nəyi həll etmədik”, -deyə dövlət katibi qeyd edib.

Tillerson bildirib ki, Rusiya qlobal dünya düzənində müsbət və ya məhvedici rol oynamaq istədiyinə qərar verməlidir.

Xatırladaq ki, Tillerson aprelin 11-12-də Moskvada səfərdə olub. Aprelin 13-də ABŞ administrasiyası dövlət katibinin Rusiyaya səfərini “müsbət addım”, Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov isə Putinlə Tillersonun görüşünü konstruktiv adlandırıb.

Öz növbəsində Lavrov səfərin nəticələrinin tez bir zamanda meydana çıxmayacağını qeyd edib, lakin bir sıra vacib məsələdə dialoq qurmağa nail olduqlarını açıqlayıb.

Diplomat mətbuat konfransından sonra Tillersonla qeyri-rəsmi şəraitdə təxminən 1 saat danışıq apardıqlarını, Rusiya və ABŞ mövqelərinin yaxınlaşması üçün imkanları müzakirə etdiklərini qeyd edib.

Yeniçağ.az

www.yenicag.az

638
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv