!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Tillersonun Moskva səfəri münasibətləri normallaşdırmayacaq - Ekspert rəyi

!Reklam – Yazi

ABŞ dövlət katibi Tillerson “Böyük yeddilər”-in toplantısında Rusiyaya müraciət edərək bildirdi ki, Moskva seçim etməlidir: ya sivil dünyanın yanında olmalı, ya da Əsədin. Özü də o, bu açıqlamanı Moskvaya səfəri ərəfəsində verib.

Bu gün isə Tillerson Rusiya paytaxtına gəlib.

Qeyd edək ki, Vaşinqtonla Moskva arasındakı münasibətlər Ağ Evin Suriya hərbi bazasını bombardman etməsindən sonra daha da pisləşib. Halbuki, Kremldə Putinin analitikləri zənn edirdilər ki, Donald Trampın dövründə münasibətlərin yaxşılaşması prosesi baş verəcək. Amma görünən odur ki, bunun əksi baş verir. Belə bir ərəfədə Tillerson Moskvadadır.

Bu fonda onun Moskva səfərindən nəsə gözləməyinə dəyər? Yoxsa, münasibətlər daha da kəskinləşəcək?

Politoloq Taleh Əliyev Yeniçağ.az-a açıqlamasında bildirdi ki, Tillersonun Moskva səfəri fonunda belə ABŞ-la Rusiya arasında münasibətlər hələlik normallaşmayacaq. Əksinə, Tillersonun yeddilərin sammitində səsləndirdiyi fikirlər bu münasibətləri daha da kəskinləşdirəcək:

“Hələ “Böyük yeddilər”in görüşündən əvvəl ABŞ dövlət katibi Tillerson Moskva səfəri zamanı Putinlə görüşdə israr edirdi. Lakin Rusiyadan gələn xəbərlərdən belə görünür ki, Putin onu qəbul etməyəcək. Tillerson ancaq Rusiya xarici işlər naziri Sergey Lavrovla görüşə biləcək. Bu hal bir daha onu göstərir ki, Amerika- Rusiya münasibətləri yaxın gələcəkdə o qədər də rəvan davam etməyəcək. Yeddilərin sammitində Tillersonun “Rusiya seçim etməlidir”, fikrinə gəldikdə, deməliyəm ki, əslində Əsədi öz yanında Putin saxlayır. Rusiyanın hərbi, siyasi, diplomatik dəstəyi olmasa Əsəd 3 gün belə hakimiyyətdə qala bilməz.

Bu mənada hesab edirəm ki, Tillersonun sözügedən bəyanatı ancaq münasibətlərin bundan sonrakı inkişafında Amerikanın seçim etmək imkanı görüntüsü yaratmaqdan başqa bir şey deyil. Əslində, bu seçim çoxdan edilib. İndilikdə, Suriya, İrak, eyni zamanda Ukraynada Vaşinqtonla Moskvanın maraqlarının kəskin şəkildə toqquşduğı açıq şəkildə göz önündədir. Bu əsasda da Tillersonun Moskvaya səfərindən asılı olmayaraq, münasibətlərin daha da kəskinləşməyə doğru gedəcəyi ehtimalı daha böyükdür. Moskva danışıqlarında hər hansı bir irəliləyiş olacağı qənaətində deyiləm. Tərəflər hələlik bir masa arxasında oturmağa hazır deyillər. ABŞ-ın Suriya ərazisindəki Əsədə məxsus hərbi bazanı bombalamasından sonra hətta Tillersonun Moskva səfərilə belə ABŞ-Rusiya münasibətlərinin yoluna qoyulacağı inandırıcı görünmür. Görünür, bunun baş verməsi üçün müəyyən zaman keçməli, tərəflərdən biri digərinə qlobal məsələlərdə güzəştə getməlidir ki, ortaq məxrəcə gələ bilsinlər”.

ELÇİN

Yeniçağ.az

www.yenicag.az

609
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv