!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Tipik molla təfəkkürü, tipik din xadimi anlayışı…

!Reklam – Yazi

din.az_imgBu gün Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) Bakı/Nəsimi bölgəsi üzrə qazısı Hacı Bəhruz Əzizov Əjdərbəy məscidində xütbə verdi. Xütbəsinə merac hadisəsi ilə başladı.

Daha sonra meracda məntiqi əsas axtaranları hədəfə alaraq belə dedi: «Qıldığınız namazı, tutduğunuz orucu, verdiyiniz zəkatı ağlınızla izah etməyə çalışsanız, az qala kafir olacarsınız».

Tipik molla təfəkkürü, tipik din xadimi anlayışı. Dindarlığın dini darlığı bu cümlədə özünü büruzə verir. Halbuki ağlı olmayanın dini yoxdur. Din ağılla, məntiqlə izah oluna bilməsəydi, Allah niyə Quranda dəfələrlə düşünməyimizi, fikirləşməyimiz, ağlımızı işlətməyimizi tələb edir. Hətta ağlını işlətməyənləri, istifad. etməyənləri «Yunus» surəsinin 100-cü ayəsində pislik, murdarlıq içində qoyacağını bildirir. Deməli, təmizlənmək üçün mütləq ağlımızı işlətməliyik.

Həmişəki kimi bir mövzu ilə başlayıb hərşeydən danışan QMİ-nin qazisi Allahın sonuncu elçisi Muhəmməd peyğəmbərin 41 yaşından etibarən peyğəmbər olduğunu deyənləri yalançılıqda ittiham etdi. Muhəmməd peyğəmbərin Adəm əleyhissalamdan etibarən peyğəmbər olduğunu iddia etdi: «İsa peyğəmbər, Musa peyğəmbər və digər peyğəmbərlər Muhəmməd peyğəmbəri muştuluqlamaq üçün gəlmişdilər».

Daha sonra doktorantura oxuyan ilahiyyatçıya söz ataraq doktorantura ilə həkimliyi qarışdırdı. Həkimlikdən baytarlara, baytarlardan ət kəsiminə, oradan da kolbasaya hoppandı.

Təsəvvür edin, Qafqaz Müsəlmanları İdarəsi müəyyən ət və ət məhsullarına halallıq verir, buna zəmanət verir, amma həmin İdarənin qazisi isə halal kolbasa və sosiskaları şübhə altına alır…

Xütbə Cavad xana, Kirovabada, oradan İmam Hüseynə kimi uzandı. Həzi Aslanovun iki dəfə Sovet İttifaqı qəhrəmanı olmasından danışdı. Sonra sözlərini Mübariz İbrahimovla davam etdirib, hələ 40-ı çıxmamış şəhidlərimizi yad etdi. Və xütbənin kulminasiya nöqtəsinə keçdi: Şeyxülislama. 20 yanvar hadisələrindəki fədakarlığı onu qazi təyin edən şəxslə əlaqələndirəndən sonra 18 dəqiqəlik xütbəsini yekunlaşdırdı. Qazinin haqqını yeməyək. Bu boyda cümə xütbəsi ərzində bircə dənə də olsa, Qurandan 1 ayə oxudu.

Cümə günü namaz qılmaq və dindən nə isə öyrənmək məqsədilə məscidə yığışanlar isə əvvəlki cümələrdə olduğu kimi başlarını bulayıb icazə aldıqları işlərinə qayıtdılar.

Elşad Miri

 

 

www.yenicag.az

1307
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv