www.sinerjipro.net

SinerjiProWide
Reklam

Amerikalı iş adamı Oskar Holversonun 1912-ci ilin 13 aprel tarixində “Titanik” gəmisində qələmə aldığı məktubu hərraca çıxarılaraq 126 min funt-sterlinqə satılıb.

Yenicag.az xəbər verir ki, Holverson həyat yoldaşı ilə birgə çıxdığı “Titanik” səfərində həmin məktubu anasına yazıb. O, məktubda məşhur gəmini belə təsvir edib: “Nəhəng gəmi çox böyükdür, saray kimidir”. Holverson məktubunda ABŞ-ın ən zəngin insanlarından biri olan Con Yakob Astordan da bəhs edib: “Milyonlarla pulu olmasına baxmayaraq, digər insanlara bənzəyir. Hər kəslə birlikdə göyərtədə oturur”.

Son məlumatlara görə, sözügedən məktub hərraca çıxarılıb və adı açıqlanmayan bir ingilis tərəfindən alınıb. Dəniz suyu ləkəli məktubun saxlanıldığı muzeyin rəsmisi Endryu Oldric adını açıqlamadığı həmin şəxslə bağlı sadəcə, bunu söyləyib: “Məktubu tarixin ikonik maddələrini toplayan biri satın aldı”.

Qeyd edək ki, “Titanik” batarkən O.Holverson və C.Y.Astor 500-dən çox insanla birlikdə həlak olub. Amma onun həyat yoldaşı Meri Holversonun həyatını xilas etmək mümkün olub. O.Holversonun cəsədi tapılanda isə onun cibindəki kitabın arasından sözügedən məktub çıxıb.

Yenicag.Az - www.yenicag.az

Tarix:
Oxunma sayı: 2513
Kateqoriyalar:
Paylaş:

× Saytın materialları mənbə göstərilmədən paylaşıla, kopyalana və ya başqa yerdə yayımlana bilməz.

Nə düşünürsən?
Xəbərləri İzləyin
Bənzər Xəbərlər

    "Günün manşet və ən çox oxunan xəbərlərini hər gün e-poçt vasitəsilə təqib etmək üçün YeniÇağ Xəbər bületeninə abunə olun."