!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Tokioda Azərbaycan haqqında yeni bələdçi nəşrin təqdimatı keçirilib

!Reklam – Yazi

unnamed (1)Yaponiyanın paytaxtı Tokioda ölkəmiz haqqında “Azerbaijan – Land of fire” (“Azərbaycan – Odlar yurdu”) adlı yeni bələdçi nəşrin təqdimatı keçirilib. Tədbirdə yapon iş adamaları ilə yanaşı, bu ölkədəki Azərbaycan diasporunun üzvləri, kütləvi-informasiya vasitələrinin nümayəndələri iştirak edib.

Nəşrin müəllifi, “Bross Border Club” şirkətinin prezidenti Kazuyası İşida bildirib ki, Azərbaycan Respublikasınn Mədəniyyət və Turizm Nazirliyinin və ölkəmizin Yaponiyadakı səfirliyinin köməyi ilə yapon dilində buraxılan nəşrin məqsədi yapon turizm həvəskarlarını regionun lider dövləti olan Azərbaycan haqqında daha ətraflı məlumatlandırmaqdır.

Azərbaycanın dövlət müstəqilliyi gününə təsadüf edən təqdimat mərasimində K.İşida bu tarixi günü xüsusi vurğulayaraq bildirib ki, sürətli və dinamik inkişafı ilə bütün dünyanın diqqətini çəkən Azərbycan füsunkar təbiəti, tarixi abidələri, zəngin mədəniyyəti və müsair tikililəri ilə turizm həvəskarlarını özünə cəlb edir. O, yüksək çap keyfiyyəti və ətraflı məlumatı ilə seçilən “Azerbaijan – Land of fire” nəşri yapon iş adamlarının və turizm həvəskarlarının ölkəmiz haqda ətraflı məlumatlar əldə etməsinə şərait yaradacağını əminliklə qeyd edib.

“Yaponiya-Azərbaycan Dostluq Mərkəzi”nin sədri Xəlil Kələntər çıxış edərək tədbirə toplaşan çoxsaylı iş adamlarına minnətdarlığını bildirib. Müstəqilliyinin 25 illiyini böyük nailiyyətlərlə qeyd etdiyini deyən X.Kələntər Azərbaycanın mühüm iqtisadi, siyasi və mədəni uğurlar qazandığını vurğulayıb. Ölkəmizin bütün dünyada etibarlı tərəfdaş kimi tanındığı, burada xarici investisiyaların tətbiqi üçün böyük imkanlar yaradıldığı xüsusi vurğulanıb. Qeyd olunub ki, Prezident İlham Əliyevin ardıcıl siyasi xətti sayəsində bu gün Azərbaycan bütün dünyada sabitliyi və hərtərəfli inkişafı ilə tanınır. Hazırda regionda lider dövlətə çevrilən Azərbaycan öz sürətli inkişafı ilə yanaşı, qlobal inteqrasiyası, multikulturalizmi, tolerantlıq və mədəni müxtəlifliliyi ilə dünyanın diqqətini cəlb edir.

Tədbirdə yapon iş adamlarını maraqlandıran konkret istiqamətlər üzrə fikir mübadiləsi aparılıb.

www.yenicag.az

439
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv