yenicag.az
yenicag.az

“Tolerant cəmiyyət olmadığımızı büruzə veririk”

“Tolerant cəmiyyət olmadığımızı büruzə veririk”

Müəllif: Redaktor

Editor

fazilmustafaesas150“Artıq Rəşad Məcidlə Aqil Abbas oldu düşmən. Əks fikir söyləyiblər, xoşumuza gəlməyib, qane etməyib, vəssəlam, dostluqdan çıxaraq, söyək, təhqir edək”.

Bunu millət vəkili Fazil Mustafa “525-ci qəzet”in baş redakrotu Rəşad Məcid, Milli Məclisin deputatı Aqil Abbas və tanınmış teleaparıcı Sevil Nuriyeva arasıda gedən “Türkiyə Rusiyadan üzr istəməlidir” ətrafında yaranan qalmaqala münasibətində deyib.

O, bildirib ki, hədsiz dozalı vətənpərvərlik görəndə səmimiyyəti adamda şübhə doğurur: “Fikirlərdəki niyyətlərə baxmaq daha doğru olardı, kimsə gərginliyin Türkiyənin faydasına olmayacağını düşünərək bəlkə bu cür açıqlama verib? Bu insanlara dərhal Rusiyanın adamı damğasını vurmağı doğru hesab etmirəm”.

F.Mustafa R.Məcidin “Türkiyə Rusiyadan üzr istəməlidir” ifadəsini məntiqsiz və yanlış yanaşma hesab etdiyini vurğulayıb: “Dəfələrlə sərhədləri pozulan bir dövlətin başqa cür davranması çox çətindir. Rusiya Türkiyənin sərhəddində mübharibəyə başlayıb və əslində aylardır Türkiyəyə gövdə göstərir. Enində-sonunda bu qarşıdurma hansısa sərt dalana dirənəcəkdi… Bununla belə dərhal tolerant cəmiyyət olmadığımızı büruzə veririk”.

Qeyd edək ki, R.Məcid Rusiyanın hərbi təyyarəsinin Türkiyə tərəfindən vurulması olayına münasibət bildirib. O, “Türkiyə Rusiyadan üzrxahlıq etməlidir” – deyə qeyd edib.

Millət vəkili Aqil Abbas isə Rəşad Məcidin fikirləri ilə razılaşdığını dilə gətirib: “Rəşad Məcid çox düz deyir, bəli, Türkiyə Rusiyadan üzr istəməlidir”.

Aparıcı Sevil Nuriyeva isə Milli Məclisin deputatı Aqil Abbas və Rəşad Məcidin ünvanına “siz bir heçsiniz” deyə aşağılayıcı ifadələr işlədib(Aznews)

Cəmiyyət, Flaş

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
yenicag.az
yenicag.az
yenicag.az
yenicag.az
Yenicag.Az | Analitik İnternet Qəzeti