!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Qarabag

Tolik bütün gizlinləri açıb-tökdü: “Çağırıb, blokunda döydürür…” - Fotolar

!Reklam – Yazi

Tanınmış prodüser Tarix Əliyevin Yenicag.az-a müsahibəsini təqdim edirik.

– Küsülü olduğun müğənnilər varmı?

– Var, onlar özləri də bunu bilir, amma adlarını çəkmirəm. Mən təşkil etdiyim tədbirlərdə o müğənniləri görmürsünüzsə, bilin ki, ya onları istəyiblər mən gəlmələrinə icazə verməmişəm, ya da onları həmin tədbirdən çıxartmışam.

– Niyə?

– İstəmirəm də onları görüm. Qayınana gəlinlə yola getməyəndə, o evdən ya qayınana gedir, ya da gəlin. Mən dəvət aldığım tədbirlərə gedəndə soruşuram ki, filankəs orda var, ya yoxdur? Əgər varsa, deyirəm, tərəziyə qoysunlar, onlara kim lazımdırsa, o da gəlsin.

– Səhv etmirəmsə, xalq artisti Nazpəri Dostəliyeva ilə aranızda sərin yellər əsmişdi?

– Qoyun o hadisəni ətraflı danışım. Demək, “Maşın şou”da Nazpəri xanım oxuyanda mən üzümü arxaya çevirmişdim və o an kadra düşmüşdüm. Həmin vaxt insanlar sosial şəbəkədə yazmışdılar ki, bu nədir Nazpəri xanıma ağız-burun əyirsən. Birincisi, mən kiməsə ağız-burun əyəndə bunu açıq şəkildə edirəm, amma məni yandıran o oldu ki, həmin xanımla heç bir problemim yoxdur. Mənim ona böyük hörmətim var. Baxmayaraq ki, 16 ildir bu sahədəyəm, həmişə çalışmışam ki, yerimi bilim. Hətta İlhamə Quliyeva sağ olanda da, baxmayaraq ki, mən onun dostuydum, amma Nazpəri xanıma böyük hörmətim vardı.

– Nazpəri xanım buna görə sizdən incidi?

– Yox, o xanım belə şeylərə heç əhəmiyyət verməz, mən də şişirtmədim.

– Münasibətlərinizə birdəfəlik son qoyduğun müğənni varmı?

– Elə bir müğənni yoxdur ki, onunla ömürlük qurtarım. Çünki o müğənni özü də ömürlük müğənni deyil axı. Məsələn, mən əvvəl elə bilirdim ki, Natəvanla ömürlük düşmən olacam, amma indi dostuq.

– Hansı müğənnidən məmnuniyyətlə qisas alardın?

– Heç birindən. Çünki belə şeylərə zəiflik kimi baxıram. Adam var e, deyir əlimdə imkanım olsaydı, filankəsi öldürərdim. Öldürmək Allahın bəyənmədiyi hərəkətdir. İkincisi, sənin yaşamağın və varlığın həmin adamdan qisas almaq kimi bir şeydir.

– Bir çox məşhur müğənnilərlə işbirliyiniz olub, yəqin ki, onlarla bağlı əlinizdə yetərincə kompromatlar da var. Nə vaxtsa, o sirləri yaymaq istəmisiniz?

– Yox. Mənim Aygün Kazımova ilə böyük qalmaqallarım olub. ATV kanalında Aygün Kazımova haqqımda nələr deməyib… Amma mən heç vaxt fikirləşməmişəm ki, onun sirrini açım. Ən axırıncı yoldu bu. Sən onun evinə gedirsən və ən məhrəm sirrini bilib, açırsan. Bu, ciddi rəqabət deyil. Dünyada müğənnilər prodüserlərdən çəkinməlidirlər. Bizdə bəzi prodüserlər özlərini o qədər səviyyəsiz aparıblar ki, onların sözləri keçərli deyil. Ona görə çalışıram onların sırasında olmayım.

– Yəni içində çox sirlər yatıb?

– Var da. Sirr deyəndə nəyi nəzərdə tutursunuz ki?

– Məsələn, yanınızda «zibilləri» olanları…

– Ağlı olan müğənni yanımda zibil iş görməz. Hə, qeybət edirlər… Bu şou-biznesdə o qədər bir-birinin dalınca danışanları görmüşük ki…. Amma sonradan barışırlar.

– Hansısa müğənni ilə əlbəyaxa dava etmisiniz?

– Gizlin davamız olmayıb. Agün Kazımova, Röya ilə davamız olub. Bunu da hamı bilib. Müğənni var ki, adamı çağırıb blokunda döydürür. Mənim Natəvanla dediyim kimi böyük qalmaqallarım olub. Çox adam deyib ki, Natəvan “səni belə etdirər, elə etdirər”. Natəvan deyir ki, o vaxtlar səni hamıdan çox mən qoruyurdum, çünki başına bir iş gəlsəydi, hamı məndən yapışardı.

– Ən güclü prodüser Tolikin ən zəif nöqtəsi nədir?

– Əsəbiləşirəm, söyüş söyürəm, kiminsə xətrinə dəyirəm, sonra peşman oluram. Əkizlər bürcüyəm, ona görə.

– Bəs təhqirlərə reaksiyanız necə olur?

– İnstaqram səhifəsinə daxil oluram. Saxta profildirsə, onu soyürəm; yox, əgər normal adamdırsa, yazıram ki, dərdin nədir, dərman olum.

Cəvahir
Yenicag.az

www.yenicag.az

2545
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv