!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

“Tomahawk ”lar Suriyadakı hədəfləri vura bilməyib” - Trampa müxalif nəşrin iddiası

!Reklam – Yazi

ABŞ-ın Suriyanın Şaytar aviabazasını bombalamasında istifadə olunmuş “Tomahawk “ raketlərinin effektsizliyinə dair iddia irəli sürülüb.

Yeniçağ.Az Türkiyə mediasına istinadən xəbər verir ki, Suriyadakı Rusiya hava hücumundan müdafiə sistemlərinin “Tomahawk” raketlərinə qarşı aciz qalmasına dair müzakirələr səngiməmiş ortaya yeni fərqli versiyalar çıxır.

ABŞ-ın hərbi dairələrinə yaxın olan “Veterans Today” xəbər kanalı Şaytar aviabazasının bombalanması və Rusiya raket sisteminin bu hücuma qarşılıq verə bilməməsini başqa rakursdan dəyərləndirib.

Qeyd edək ki, Rusiya Hərbi Elmlər Akademiyasının üzvü Sergey Sudakovun iddiasına görə, əgər Rusiya ABŞ raketlərini vursaydı, o zaman nüvə müharibəsi başlayardı:

“Ancaq Rusiya Baş Qərargahının rəisi nüvə müharibəsinin qarşısını aldı”.

“Veterans Today”in məlumatına əsasən, “Tomahawk” raketlərinin zərbəsi nəticəsində partlamış hərbi maşınların şəkilləri də saxtadır. Bildirilir ki, “Google” araşdırması zamanı həmin şəklin 2015-ci ilin noyabrında yayıldığı aşkar edilib. Mənbə əlavə edib ki, Suriyanın təhlükəsizlik orqanları “saxta şəkil” məsələsini təsdiqləyiblər. “Veterans Today”in məlumatında ABŞ-ın Şaytar aviabazasını bombalayan hərbi gəmiləri itirmək təhlükəsi ilə üzləşdiyi də iddia olunub.

Kanalın bildirdiyinə görə, 5 kəndlinin ölümünə, 20-nin yaralanmasına səbəb olan “Tomahawk” raketlərinin çoxu Aralıq dənizinə düşüb.

“Veterans Today” 34 “Tomahawk” raketinin “yoxa çıxdığını” yazaraq, həmin raketlərin Palmirada İŞİD-i dəstəkləyən hədəflərə yönləndirildiyi ehtimalının yüksək olduğunu qeyd edib. “Veterans Todey” bu məlumatı Suriya İnformasiya Nazirliyinə istinadla yayıb. Lakin bu məlumat “Tomahawk” raketlərinin Suriya hava müdafiə sistemləri tərəfindən vurulmasına dair iddialarla uyğun gəlmir.

“Veterans Today” ABŞ-ın Suriya məsələsindəki gerçəkləri dünya ictimaiyyətindən gizlətdiyini yazaraq, Əsəd rejiminin dinc əhalini kimyəvi silahlarla bombardman etməsini də şübhə altına alıb. Kanalın iddiasına görə, “kimyəvi hücum”un imitasiya olduğuna dair həqiqiliyini sübut edə bilmədikləri videogörüntülərə malikdirlər. Bildirilir ki, həmin görüntülərdə kimyəvi bombardmandan zərər çəkənlərin ağır vəziyyətdə xəstəxanaya yerləşdirildikləri, lakin az sonra həmin şəxslərin heç nə olmayıbmış kimi binadan çıxdıqlarını əks etdirən kadrlar var. Xəbərdə İran televiziyasının Şaytar aviabazasına atılan 59 “Tomahawk”dan 34-nün Suriya hərbçiləri tərəfindən zərərsizləşdirildiyi haqda məlumatına da yer verilib. “Veterans Today”in iddiasına görə, Şaytar aviabazasını bombalayan ABŞ-ın bununla Rusiyanın hava hücumundan müdafiə sistemlərinin effektsiz olduğunu göstərmək istəsə də, bu məqsədinə nail olmayıb.

“Veterans Today”in başqa bir iddiasında isə “həqiqəti çəkinmədən yazan nəşr”in Tramp administrasiyasının hədəfində olduğu bildirilib.

Yeniçağ.Az

www.yenicag.az

581
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv