Toni Bler:”İŞİD-in yaranmasına səbəb…”

Toni Bler:”İŞİD-in yaranmasına səbəb…”

Müəllif: Redaktor

Baş Redaktor
37ac5f83ad6f9531f15e5491a1802b5dBöyük Britaniyanın sabiq baş naziri Toni Bler İraqın 2003-cü ildə ABŞ ordusu və onun müttəfiqləri tərəfindən işğal edilməsinin İŞİD terror qruplaşmasının yaranmasına səbəb olduğunu etiraf edib.

APA-nın verdiyi xəbər görə, bu barədə Daily Mail məlumat yayıb.

“Düşünürəm ki, burada müəyyən həqiqət var. Əlbəttə, siz Səddam Hüseyni 2003-cü ildə devrildənlərin 2015-ci ildəki hadisələrə görə məsuliyyət daşımadıqlarını deyə bilmərsiz”, deyə sabiq baş nazir aparıcının İraqın işğal edilməsinin İŞİD-in yaranmasına səbəb olması ilə bağlı sualını cavablandırarkən bildirib.

Toni Bler həmçinin işğala səbəb olmuş kəşfiyyatın verdiyi yanlış məlumatlara və rejimin devrilməsindən sonra gözlənilən hadisələrin planlaşdırılması zamanı yol verilmiş ciddi səhvlərə  görə  üzr istəyib

Qərv mətbuatının məlumatına görə, Toni Bler və Corc Buş işğaldan hələ 1 il əvvəl İraqla müharibəyə dair razılığa gəliblər.

Dünya

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
yenicag.az
yenicag.az
yenicag.az
yenicag.az
Yenicag.Az | Analitik İnternet Qəzeti