Tovuzda 7 nəfər kababdan zəhərləndi

Tovuzda 7 nəfər kababdan zəhərləndi

Müəllif: Redaktor

Baş Redaktor

kabab-newest-1Tovuzda 7 nəfər kababdan zəhərlənib.

Rayonun Azaflı kənd sakinləri aldıqları qoyun ətini kabab çəkib yedikdən sonra özlərini narahat hiss etməyə başlayıblar. Dərhal Tovuz Mərkəzi Rayon Xəstəxanasına çatdırılan 45 yaşlı Nizami Musayev onun həyat yoldaşı 41 yaşlı Zərifə Əhmədova, oğlu 21 yaşlı Rövşən, qızı 22 yaşlı Lalə, nəvəsi 3 yaşlı Ömərin zəhərləndiyi müəyyən edilib. Zərərçəkənlərə tibbi yardım göstərilib. Sonradan daha iki kənd sakini, Zahir Eminov və Natiq Eminov da xəstəxanaya yerləşdiriliblər. Musayevin hazırladıqları kababdan onlar da yeyiblər.

Tovuzun Əlibəyli kənd sakini 35 yaşlı Samirə Həsənova qarpızdan xəhərləndiyi üçün, Xatınlı kənd sakini 44 yaşlı Vüqar Aslanovu isə ilan sancdığı üçün xəstəxanalıq olub. Onlara da lazımi tibbi yardım göstərilib.(kəpəz tv)

Kriminal

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
yenicag.az
yenicag.az
yenicag.az
yenicag.az
Yenicag.Az | Analitik İnternet Qəzeti