!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Tovuzda ağır qəza: ailənin 3 üzvü xəstəxanaya yerləşdirildi

!Reklam – Yazi

Tovuz rayonunda yol qəzası baş verib.

Hadisə yanvarın 26-da gündüz saatlarında rayonun Əsrik kəndi ərazisində baş verib.

Rayon sakini, 1992-ci il təvəllüdlü Rüstəmov Rasim Sahib oğlunun idarə etdiyi “LADA” markalı minik avtomobili qarşıdan gələn traktorla toqquşub. Hadisə nəticəsində minik avtomobilində olan sərnişinlər – Tağıyev Elnur Əlyar oğlu, Tağıyeva Şəhla Şəhriyar qızı, Tağızadə Şamxal Nəcəf oğlu ağır bədən xəsarətləri ilə Tovuz rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib. Xəstələrdən ikisinin vəziyyəti ağırdır.

Faktla bağlı Tovuz rayon Polis Şöbəsində cinayət işi başlanıb.

Yenicag.az

www.yenicag.az

692
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv