Tovuzda avtomobil maneəyə çırpılıb, sürücü xəsarət alıb

Müəllif: resul

Editor

qeza-yol-nishaniTovuz şəhərində yol-nəqliyyat hadisəsi baş verib.

Yenicag.az APA-ya istinadən xəbər verir ki, Tovuz şəhərində hərəkətdə olan “VAZ” markalı avtomobil idarəetmədən çıxaraq, yolun kənarındakı maneəyə çırpılıb.

Qəza zamanı sürücü, Tovuz rayon sakini 1991-ci il təvəllüdlü Seymur İsmayılov müxtəlif bədən xəsarətləri alaraq, Tovuz Mərkəzi Rayon Xəstəxanasına yerləşdirilib. Onun vəziyyətinin orta-ağır olduğu bildirilir.

Faktla bağlı Tovuz Rayon Polis Şöbəsində araşdırma aparılır.

Yenicag.az



© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır