www.sinerjipro.net

SinerjiProWide
Reklam

h60Tovuz rayonunda ağır yol qəzası baş verib.

Rayonun Xatınlı kəndi ərazisində qeydə alınan hadisə zamanı 3 nəfər ölüb, 1 nəfər isə ağır yaralanıb.

Belə ki, sürücü idarə etdiyi “Mercedes” markalı avtomobili əvvəlcə işıq dirəyinə, daha sonra isə “Kamaz” markalı yük maşınının qoşqusuna çırpıb. Zərbənin gücündən dirək qırılaraq yol kənarına aşıb, avtomobil isə iki hissəyə parçalanıb. Qəza zamanı avtomobildə olan 4 nəfərdən 3-ü – sürücü Rəsul Süleymanov, 33 yaşlı Ehtiram Quliyev, 17 yaşlı Murad Əliyev xəstəxanaya çatdırılarkən yolda dünyalarını dəyişiblər. 26 yaşlı İbrahim Əsədov isə ağır yaralanıb.

Faktla bağlı araşdırma aparılır(report).

Yenicag.Az - www.yenicag.az

Tarix:
Oxunma sayı: 48
Kateqoriyalar:
Etiketlər:
Paylaş:

× Saytın materialları mənbə göstərilmədən paylaşıla, kopyalana və ya başqa yerdə yayımlana bilməz.

Nə düşünürsən?
Xəbərləri İzləyin
Bənzər Xəbərlər

    "Günün manşet və ən çox oxunan xəbərlərini hər gün e-poçt vasitəsilə təqib etmək üçün YeniÇağ Xəbər bületeninə abunə olun."