yenicag.az
yenicag.az

Tovuzda məktəbli başından güllələnib(Yenilənib)

Tovuzda məktəbli başından güllələnib(Yenilənib)

Müəllif: Redaktor

Editor

gull18Tovuzda törədilən qətlin bəzi təfərrütaları məlum olub.

Qalaboyun kənd sakinlərinin verdikləri məlumata görə, hadisə kəndin yaxınlığındakı örüş sahəsində qeydə alınıb.

10-cu sinif şagirdi, 17 yaşlı Məqsəd Əmiraslanov qohumu və sinif yoldaşı ilə heyvan otarmağa gedib.

Onlar heyvanlarını canavarlardan qorumaq üçün özləri ilə ov tüfəngi də götürüblər. Onlar zarafatlaşan zaman ov tüfəngi açılıb və Məqsəd Əmiraslanov başından xəsarət alıb. O, xəstəxanaya aparılarkən yolda dünyasını dəyişib.

Faktla bağlı araşdırma aparılır.

***
11:43

Tovuzda qətl törədilib.

Hadisə ötən gün rayonun Qala burnu kəndində qeydə alınıb.

Kənd sakini, 1999-cu il təvəllüdlü Əmiraslanov Məqsəd İlqar oğlu baş nahiyəsindən ov tüfəngi ilə güllələnib.

Məlumata görə, qətli törədən şəxs məlumdur və onun tapılması istiqamətində əməliyyat-axtarış tədbirləri həyata keçirilir.

Faktla bağlı Tovuz Rayon Prokurorluğunda cinayət işi açılıb.(APA)

Kriminal, Flaş

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
yenicag.az
yenicag.az
yenicag.az
yenicag.az
Yenicag.Az | Analitik İnternet Qəzeti