Toy evindən 16 min dollar oğurlandı

Müəllif: Redaktor

Editor

125103_res_01Göygöldə yaşayış evindən oğurluq edilib.

Hadisə rayonun Hacıməlik kəndində İlhanə Bağırovaya məxsus evdə qeydə alınıb. Ev sahibinin bildirdiyinə görə, oğlunun toy günü hamı saat 22-ə kimi şadlıq evində olub. Geri qayıdanda isə evin qapısının açıq olduğunu görüblər. Pəncərədən evə girən oğrular mənzildə olan sandığın içərisindən 1 milyon 200 min rus rublu (təxminən 16 000 dollar) və gəlin üçün alınan 200 manat dəyərində qızıl-zinət əşyaların aparıblar.

İ. Bağırova Göygöl Rayon Polis Şöbəsi əməkdaşlarının evə gələrək oğruların müəyyən olunması istiqamətində tədbirlər həyata keçirdiklərini bildiriblər. Ev sahibəsi şübhələndikləri şəxslərin adlarının da polisə təqdim edildiyini deyib.



© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır