Toy karvanı qəzaya uğrayıb

Toy karvanı qəzaya uğrayıb

Müəllif: Baş Redaktor

Baş Redaktor

1c9869f8122df2803635573772a18dd3Bakı-Şamaxı-Yevlax avtomobil yolunda 4 nəfərin ölümü ilə nəticələnən ağır avtomobil qəzası baş verib.

Hadisə bu gün saat 13:30 radələrində yolun 193-cü kilometrliyində, Göyçayın Şahsoltanlı kəndi ərazisində qeydə alınıb. Məlumata görə, hadisə həmin kənddə keçirilən toy mərasiminə gedən qonaqları aparan minik maşınlarının karvanında baş verib. Gəlin aparan maşınların toy karvanında olan 90-BP-886 dövlət nömrə nişanlı, “Mercedes” markalı minik maşını qarşı tərəfdən gələn 23-BX-232 dövlət nömrə nişanlı, “Mitsubishi Pajero” markalı minik maşını ilə toqquşub. Hadisə zamanı 4 nəfər dünyasını dəyişib. Hadisə yerinə gələn Fövqəladə Hallar Nazirliyinin İsmayıllı Dövlət Yanğından Mühafizə Hissəsinin yanğınsöndürən-xilasetmə qrupunun üzvləri xüsusi kəsici alətlərdən istifadə edərək deformasiyaya uğramış maşınlardan hələ ki, şəxsiyyəti məlum olmayan 3 qadın və bir kişinin meyitini çıxarıblar. Hadisə zamanı 4 nəfərin də ağır yaralandığı bildirilir. Yaralılar Ağsu və Göyçay xəstəxanalarına aparılıb.

Faktla bağlı Baş Dövlət Yol Polisi İdarəsinin istintaq və təhqiqat şöbəsi tərəfindən araşdırma aparılır.

Kriminal

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
yenicag.az
yenicag.az
yenicag.az
yenicag.az
Yenicag.Az | Analitik İnternet Qəzeti