Yazı İçi 468×60

247523Toyun “əsas hissəsi”, yəni qonaqların yığışacağı məclis başlanmazdan əvvəl Meksikada bəylə gəlin ayrı-ayrılıqda dostları, rəfiqələri toplayır, “subaylığa vida” partisi keçirirlər.

Həmin parti toyun tərkib hissəsi sayılır.
Meksikanın şimal-qərbindəki Ermosilyo şəhərinin sakinləri Pablo Torres Hendere ilə Emma Alisiya Pas Ayalın da bu gün toyu olmalıydı.

Amma toy yarımçıq ləğv olunub.
Hirslənmiş bəy belə istəyib.

Səbəb gəlinin biabırçı davranışıdır.
Emma Alisiya Pas Ayala “subaylığa vida” partisini Playa del Karmen kurortunda, “Coralina” barında təşkil etmişdi.
Partidə içib sərxoş olan gəlin əynindəki paltarı çıxarıb və əsla tanımadığı gənclə qucaqlaşaraq öpüşməyə başlayıb.
Daha sonra onlar yanaşı oturublar. Emma yenə içib və “mehr saldığı” gənclə yenidən öpüşməyə başlayıb.

Bu “səmimi anlar”ı Emmanın rəfiqələrindən biri çəkib, Facebook və İnstagram-dakı profillərində paylaşıb.
Pablo Torres Hendere də evlənməyə hazırlaşdığı xanımın davranışını görüb, fikrindən vaz keçib.
Emma isə sosial şəbəkələrdə “LadyCoralina” kimi məşhurlaşıb.(azfakt)

https://youtu.be/GQ4bwYth2oE

https://youtu.be/MoSSAQtRjfk

Yenicag.Az - www.yenicag.az

Tarix:
Oxunma sayı: 27
Kateqoriyalar:
Etiketlər:
Paylaş:

× Saytın materialları mənbə göstərilmədən paylaşıla, kopyalana və ya başqa yerdə yayımlana bilməz.

Nə düşünürsən?
Xəbərləri İzləyin
Bənzər Xəbərlər

    WideSkyscrapper 160×600

    WideSkyscrapper 160×600

    "Günün manşet və ən çox oxunan xəbərlərini hər gün e-poçt vasitəsilə təqib etmək üçün YeniÇağ Xəbər bületeninə abunə olun."