yenicag.az

Toyda şok olay: Qaynana gəlini boğdu – Bakıda

Toyda şok olay: Qaynana gəlini boğdu – Bakıda

Müəllif: Redaktor

Editor

gelinaglayirOktyabrın 5-də Bakının məhşur şadlıq evlərinin birində baş tutan toyda şok olay yaşanıb.

Toyun ortasında gəlinin əvvəlki adaxlasının anası “intiqam” almaq üçün çağırılmadan məclisə təşrif buyurub. Onun bu gəlişi hər iki tərəfdə çaşqınlıq yaradıb.

Belə ki, gəlinin sabiq adaxlısının anası onun oğlu ilə birlikdə olduğu şəkillərini bəyin qarşısına qoyub. Onun bu hərəkəti bəyi özündən çıxarıb. Evləndiyi qadının illər öncə başqası ilə çəkilmiş şəkillərini görən bəy masanın üstündəki boşqabları sabiq qaynanaya tərəf atıb.

Bəyin bu hərəkəti ortalığı bir az da qızışdırıb. Toya dəvətsiz gələn qadın gəlinə hücum çəkərək saçını yolub və boğmağa başlayıb.

Hadisəni belə görən qonaqlar araya girərək hər iki tərəfi sakitləşdirib.

Nəticədə sabiq qaynana şəkilləri ilə birlikdə zaldan bayıra atılıb. Bundan sonra toy davam edib(aznews)

Flaş

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
yenicag.az
yenicag.az
yenicag.az
yenicag.az
Yenicag.Az | Analitik İnternet Qəzeti