!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Toyuna bir gün qalmış qəzada öldü – Astarada faciə – Video

!Reklam – Yazi

qeza1814761Bu gün toyu olacaq gənc ötən gün qəzada dünyasını dəyişdi.

Xezerxeber.az məlumat verir ki, hadisə axşam saat 20.30 radələrində Astara şəhəri Heydər Əliyev prospektində olub. 27 yaşlı Samir Məmmədzadənin idarə etdiyi minik avtomobili əmisi oğlu olan 22 yaşlı Nicat Məmmədzadənin avtomobili ilə toqquşub.

Güclü zərbədən hər iki nəqliyyat vasitəsinə ciddi ziyan dəyib.

Sürücü 22 yaşlı Nicat Məmmədzadə aldığı çoxsaylı bədən xəsarətlərindən Astara rayon mərkəzi xəstəxansında dünyasını dəyişib. Onun yanındakı sərnişin, Bakı sakini Emil Həsənov və digər sürücü Nicat Məmmədzadə isə Lənkəran Mərkəzi Rayon Xəstəxanasına yerləşdiriliblər.

Yaxınlarının verdiyi məlumata görə, qəza nəticəsində ölən Nicat Məmmədzadənin bu gun toyu olacaqdı.

Faktla bağlı Astara Rayon Polis Şöbəsində araşdırmalar aparılır.

 

Yenicag.az

www.yenicag.az

594
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv