Ads by Google

hightechnic
Ads by Google

1424282979_1423844502_1412075658_toyuq-kesilmishManatın növbəti devalvasiyası Azərbaycanda bahalaşma dalğasını daha da sürətləndirib. Devalvasiyadan əvvəl marketlərdə yoxa çıxan yumurta “ceyran belinə çıxan” qiymətlərilə yenidən piştaxtalarda peyda olub. Bu dəfə 19-20 qəpiyə…

Azərbaycan Quşçular Cəmiyyətinin sədri Aydın Vəliyev də açıqlamasında bahalaşmanı təsdiq edib: “Devalvasiyanın 49 faiz olmasına baxmayaraq, yumurtanın qiyməti 20-25 faiz bahalaşıb. Əvvəllər bizim marketlərə satdığımız yumurtanın qiyməti 11 qəpik idisə, bu gündən 14-15 qəpiyə satılacaq. Marketlər neçəyə satır, biz ona cavabdeh deyilik. Biz yumurtanı 8 qəpiyə satanda da marketlər 15-16 qəpiyə satırdı. Çünki müvafiq qurumlar öhdələrindən gələ bilmirdilər. Qiymətin daha da qalxacağı, yaxud azalacağı ilə bağlı proqnoz vermək mümkün deyil. Bu, iqtisadiyyatın ümumi vəziyyətindən asılı olacaq”.

Sədr toyuq ətinin qiymətinin qalxmadığı halda yumurtanın birdən-birə bu qədər bahalaşmasını belə izah edib: “Hazırda toyuq ətinin qiyməti 2 manat 40 qəpiklə, 3 manat 5 qəpik arasındadır. Bu fərq məhsulun qablaşdırılmasından asılıdır.

Son vaxtlar toyuq ətinə tələbat azaldığından satış az həyata keçirilib. Odur ki, ölkədə olan toyuqlar əvvəl alınanlardır. Onlar satılıb bitdikdən sonra təbii olaraq toyuq ətinin qiymətində də bahalaşma olacaq. Çünki yemin 80 faizi, dərman preparatları, baytarlıq xidmətləri üçün lazım olan avadanlıqların 100 faizi xaricdən gətirilir. Qarğıdalı, buğda və arpanın sadəcə 10-15 faizi yerli məhsul hesabına təmin olunur”.(modern)

Yenicag.Az - www.yenicag.az

Tarix:
Oxunma sayı: 74
Kateqoriyalar:
Etiketlər:
Paylaş:

× Saytın materialları mənbə göstərilmədən paylaşıla, kopyalana və ya başqa yerdə yayımlana bilməz.

Ads by Google

Nə düşünürsən?
Xəbərləri İzləyin
Bənzər Xəbərlər

    "Günün manşet və ən çox oxunan xəbərlərini hər gün e-poçt vasitəsilə təqib etmək üçün Yenicag.Az xəbər bületeninə abunə olun."