!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

TQDK 27 saxta diplom aşkarladı

!Reklam – Yazi

tqdk_111Bu tədris ili üzrə magistraturaya və rezidenturaya qəbul olmaq üçün sənəd verənlərdən 27 nəfərin saxta diplom təqdim etdiyi məlum olub.

Bunu Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının sədri Məleykə Abbaszadə bu gün “Abituriyent” jurnalının 12-ci sayının təqdimat mərasimində çıxış edərkən deyib.

Komissiya sədri bildirib ki, ölkə Prezidentinin sərəncamı ilə fəaliyyətə başlayan “Tələbə-Məzun” Elektron Məlumat Sisteminə bu günə qədər 1992-2014-cü illər üzrə 2 460 557 şəxs haqqında məlumat daxil olunub. Onlardan 23 mini Tələbə Qəbulu üzrə Dövlət Komissiyası tərəfindən heç bir ali məktəbə qəbul olunmamış tələbələrdir. Onların TQDK tərəfindən ali məktəbə qəbul olmaması diplomdan sonra olan qəbul imtahanlarda iştirak üçün sənəd verdikdə aşkar olunub.

M.Abbaszadə deyib ki, 2014-cü il ərzində müxtəlif qurumlar TQDK-ya sorğular göndərərək 4900 insan haqqında məlumat istəyiblər: “Onlardan 1500-nün bizim tərəfimizdən heç bir yerə qəbul olunmaması aşkar edilib. Bu il ərzində dövlət qulluğu və ona bərabər statuslu imtahanlarda iştirak etmiş 7800 şəxsdən 1200 nəfəri ali təhsil haqqında diplom təqdim etməsinə baxmayaraq, bizim tərəfimizdən heç yerə qəbul olunmayıblar”.

Onun sözlərinə görə, bu il magistraturaya və rezidenturaya sənəd vermiş 26 min nəfərdən 618-i TQDK tərəfindən heç bir yerə qəbul olunmayıb: “Onlar müxəlif yollarla – daxili köçürmələr, bərpa, xaricdən köçürmələr vasitəsi ilə ali məktəblərdə mövcud olurlar. Buna əlavə şərh vermək istəmirəm. Amma bundan başqa onu da qeyd etmək istəyirəm ki, onların arasında 27 nəfərin saxta diplom təqdim etdiyi məlum olub. Onların diplomları Təhsil Nazirliyi tərəfindən verilməyib”.

www.yenicag.az

508
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv