www.sinerjipro.net

SinerjiProWide
Reklam

img1871107Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının (TQDK) qəbul imtahanlarında 600 və daha çox bal toplamış abituriyentlərə müraciət edib.

Yenicag.az APA-ya istinadən xəbər verir ki, hər il olduğu kimi bu il də “Abituriyent” jurnalının ənənəvi 11-ci sayında yüksək bal toplamış abituriyentlərdən bəhs olunacaq.

Bu məqsədlə cari ildə 600 və daha çox bal toplayan abituriyentlərdən bu linkdəhttp://abiturient.az/600bal/ təqdim olunmuş anket sorğusunu doldurmaları xahiş olunur.

Qeyd edək ki, TQDK hər il “Abituriyent” jurnalının 11-ci sayını qəbul imtahanlarında 600 və daha çox bal toplamış abituriyentlərə həsr edir. Jurnalda prezident təqaüdçüləri haqqında məlumat, onların bitirdikləri məktəblər üzrə siyahısı, ən yüksək nəticə göstərmiş gənclərlə müsahibələr, hər bir yüksək nəticəli abituriyentin topladığı bal, qəbul olduğu ixtisas, bitirdiyi məktəb və s. haqqında məlumatlar təqdim olunur. Jurnalda 600-dən yuxarı bal toplamış gənclərlə aparılmış anket sorğusunun nəticələri, onların arzu, rəy, təklif və gələcək abituriyentlərə tövsiyələrindən nümunələr dərc edilir.

Yenicag.Az - www.yenicag.az

Tarix:
Oxunma sayı: 61
Kateqoriyalar:
Etiketlər:
Paylaş:

× Saytın materialları mənbə göstərilmədən paylaşıla, kopyalana və ya başqa yerdə yayımlana bilməz.

Nə düşünürsən?
Xəbərləri İzləyin
Bənzər Xəbərlər

    "Günün manşet və ən çox oxunan xəbərlərini hər gün e-poçt vasitəsilə təqib etmək üçün YeniÇağ Xəbər bületeninə abunə olun."