!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Tramp 2016-cı ilin adamı seçildi

!Reklam – Yazi

davidson-trump-clintons-marriage-1200“Time” 2016-nın adamını seçib.

ABŞ-ın “Time” jurnalı bu il keçirdiyi “İlin adamı” sorğusunda Birləşmiş Ştatların 45-ci prezidenti seçilmiş Donald Trump qalib gəlib.

Yeniçağ.Az xəbər verir ki, noyabrın 8-də keçirilmiş ABŞ prezident seçkilərində demokrat rəqibi Hillari Klintonu məğlub edən respublikaçı Donald Tramp bu qələbə sayəsində ilin adamı seçilib.

“Time” jurnalı D.Trampın bu uğuruna aşağıdakı kimi şərh verib: “Amerikaya, çarəsizlik üzündən demaqogiya ilə məşğul olmağı və həqiqətin onu söyləyən şəxsə nə qədər inandığına bağlı olaraq güclülüyünü xatırlatdığı, gizlənmiş bir seçici kütləsinin qəzəbini idarə etdiyi və qorxularını canlı yayımladığı üçün, dünənin siyasi ənənəsini pozaraq, sabahın yeni ənənəsini yaratdığı üçün Donald Tramp “İlin adamı” seçildi”.

Qeyd edək ki, “Time” jurnalının “İlin adamı” sorğusunda Hillari Klinton 2-ci, hakerlər 3-cü, Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan isə 4-cü olub.

Yeniçağ.Az

www.yenicag.az

480
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv