!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

“Tramp ABŞ-ın fövqəldövlət statusunu qoruya biləcəkmi?” - Ekspert fikri

!Reklam – Yazi

ABŞ dünyadakı lider mövqeyini itirə bilər. Bunu jurnalistlərə açıqlamasında Avropa Birliyinin Xarici İşlər və Təhlükəsizlik Siyasəti üzrə nümayəndəsi Federika Moqerini söyləyib. O bildirib ki, heç vaxt ABŞ-ı bu dərəcədə bölünmüş və konfliktlərin ağır yükü altında qalmış şəkildə görməyib.

Gözləmək olarmı ki, Donald Trampın hakimiyyəti dönəmində ABŞ dünyanın aparıcı dövləti statusunu itirsin?
Politoloq Elşən Manafov Yeniçağ.az-a açıqlamasında bildirdi ki, ABŞ yaxın dövrlər üçün dünyadakı lider mövqeyini qoruyub saxlayacaq:

Elşən Manafov ile ilgili görsel sonucu“Güman edirəm ki, Trampın müasir dünya nizamı ilə bağlı açıqlaması, o cümlədən onun yaxın perspektivdə Avropa Birliyi və NATO ilə münasibətləri necə quracağı ilə bağlı fikirləri təbii ki, Vaşinqtonun bu iki qurumla bağlı münasibətlərinə bu və ya digər mənada təsirsiz ötüşməyəcək. Amma Trampın bu kimi açıqlamalarının da kökündə əslində, ABŞ-ın maraqları durur. O, NATO-nu tükənmiş qoca bir təşkilat adlandırmışdı. NATO-nun digər dövlətlərinin hərbi xərcləri ABŞ-la müqayisədə kifayət qədər azdır. Tramp da bildirmişdi ki, Avropa ölkələri NATO məsrəflərinə yönələn xərcləri artırmalıdır. Almaniyanın ümumi daxili məhsulunun cəmi 2 faizi hərbi xərclərə yönəlib. Halbuki, ABŞ-ın hərbi büdcəsi 800 milyard dollara çatır. Bu isə Pentaqonun maraqlarına cavab versə də, bütövlükdə dövlət olaraq, ABŞ-ın daxili problemlərinin həllinə yönələcək məsrəflərin kifayət qədər məhdudlaşmasına səbəb olacaq. Trampın seçkilərdə qələbə çalmasına yardım edən məsələlərdən biri də məhz ölkənin daxili problemlərinin həllinə daha çox diqqət yetirəcəyilə bağlı verdiyi vədlər olmuşdu. Tramp məsələn, Meksika ilə sərhəddə sədlərin çəkilməsi məsələsini qaldırıb. Amma ora çəkiləcək xərcləri Tramp ABŞ-ın deyil, Meksikanın üzərinə yükləmək istəyir.

Ümumiyyətlə, Trampın açıqlamalarında belə bir məqam üstünlük təşkil edir ki, ABŞ heç bir vəchlə dünyanın heç bir bölgəsində həyatı maraqları olan məsələlərdə hər hansı bir güzəştə getməyəcək. Bu mənada düşünmürəm ki, Trampın hakimiyyətdə olduğu dönəmdə ABŞ-ın dünya dövləti kimi aparıcı mövqeyi, olaylara təsir imkanları azalacaq, ya da zəifləyəcək. Əksinə, güman edirəm ki, Obamadan fərqli olaraq, yeni prezident daha praqmatik, ölkəsinin daxili və milli maraqlarına köklənmiş, ona xidmət edə biləcək bir siyasəti həyata keçirtməyə cəhd göstərəcək. Bütün hallarda Avropa Birliyinin ABŞ-a ciddi ehtiyacı var. Çünki onlar başa düşürlər ki, Vaşinqtonun dəstəyi olmadan Moskva ilə qarşıdurmada uğur qazana bilməyəcəklər. Bir sıra Avropa ölkələrində Rusiyaya qoyulan sanksiyaların ləğvi məsələsinin gündəmə gəlməsi ABŞ-ın dünya nizamı ilə bağlı planlarına ziddir ki, bu da Trampa baha başa gələr. Hər halda Trampın Putinlə görüşünü gözləmək lazımdır. Məhz bu görüşdən sonra ABŞ-ın dünya nizamı ilə bağlı bir çox məsələlərdəki mövqeyinə aydınlıq gətiriləcək. Hələlik isə yeni prezident ABŞ-ın dövlət maraqlarına zidd addımlar atmayıb. Bu səbəblərdən o fikirlə razı deyiləm ki, Trampın hakimiyyəti dönəmində ABŞ-ın müasir dünya nizamı ilə bağlı münasibətlərinə ciddi xələl gələcək və bu ölkə dünyadakı lider mövqeyini itirəcək”.

ELÇİN

Yeniçağ.az

www.yenicag.az

547
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv