!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Tramp: “ABŞ-ın Şimali Koreyaya qarşı səbri tükənib”

!Reklam – Yazi

“ABŞ-ın Şimali Koreyaya qarşı səbri tükənib”

Yenicag.az-ın RİA Novosti agentliyinə istinadən verdiyi xəbərə görə, bunu Cənubi Koreya prezidenti Mun Çje İn ilə görüşdə ABŞ-ın dövlət başçısı Donald Tramp bəyan edib.

“Şimal Koreyanın nüvə və raket proqramına qarşı qəti cavab verməyin vaxtı çatıb. Pxenyandakı rejimə qarşı strateji səbir dövrü uğursuzluğa düçar olub. ABŞ-ın Şimali Koreyaya qarşı səbri tükənib”, – deyə Tramp qeyd edib.

Tramp görüşdən sonra deyib ki: “ABŞ bütün dünya dövlətlərini sanksiyalara qoşulmağa çağırır”.

“ABŞ həmişə öz tərəfdaşlarını və özünü qoruyacaq”, – Tramp qeyd edib.

Qeyd edək ki, ABŞ başda olmaqla sivil dünyanın təzyuiqlərinə baxmayaraq Şimali Koreya rejimi nüvə silahlarının və ballistik raketlərin sınaqdan keçirməkdə davam edir.

Xatırladaq ki, ABŞ hökumətinin rəsmi nümayəndələri bəyan ediblər ki, Şimali Koreya, iyunun 21-də, qitələrarası ballistik raketlərdə istifadə edilə bilən mühərrikin dartı qüvvəsini sınaqdan keçirib.

Sınağı keçirilən həmin mühərrik süni peyklərin buraxılışı üçün də istifadə edilə bilər. Mütəxəssislərin qənaətinə görə, belə sınaqlar uzaq məsafəli ballistik raketlər üçün nəzərdə tutulur.

Şimali Koreya özü də bəyan edib ki, ölkədə ballistik raketlər üçün yeni mühərrik uğurla sınaqdan keçirilib.

ABŞ və Şimali Koreya arasında gərginlik ötən həftə Şimali Koreyada 15 aydan çox müddətdə həbsdə olmuş və daha sonra azad edilmiş ABŞ-lı tələbə Otto Warmbier-in vəfatından sonra bir daha artıb.

2016-cı ilin mart ayında oteldən təbliğat işarəsi oğurlamaqda təqsirli bilinən 22 yaşlı tələbəyə Şimali Koreyada 15 illik katorqa cəzası verilmişdi.

Yenicag.az

www.yenicag.az

912
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv