Yazı İçi 468×60

trampABŞ-ın yeni seçilmiş prezidenti Donald Tramp ABŞ milli kəşfiyyatının rəhbəri postuna rəsmi olaraq İndiana ştatının sabiq senatoru Deniel (“Den”) Koutsu seçib.

Yeniçağ.Az-ın “APA”ya istinadən verdiyi xəbərə görə, bu barədə Trampın keçid komandasının saytında bildirilir.

Kouts qərara görə Trampa təşəkkür edərək, Amerikanın təhlükəsizliyinin qorunmasının onun üçün ən böyük prioritet olduğunu qeyd edib. O, bunun üçün sərəncamında olan bütün imkanlardan istifadə edəcəyini vəd edib.

Qeyd edək ki, 73 yaşlı Kouts 10 il ərzində İndiana ştatının senatoru vəzifəsində çalışıb və Senatın kəşfiyyat üzrə komitəsinin üzvü olub. Kiçik Corc Buşun prezidentliyi dövründə ABŞ-ın Almaniyadakı səfiri vəzifəsində çalışıb.

Yeniçağ.Az

Yenicag.Az - www.yenicag.az

Tarix:
Oxunma sayı: 16
Kateqoriyalar:
Etiketlər:
Paylaş:

× Saytın materialları mənbə göstərilmədən paylaşıla, kopyalana və ya başqa yerdə yayımlana bilməz.

Nə düşünürsən?
Xəbərləri İzləyin
Bənzər Xəbərlər

    WideSkyscrapper 160×600

    WideSkyscrapper 160×600

    "Günün manşet və ən çox oxunan xəbərlərini hər gün e-poçt vasitəsilə təqib etmək üçün YeniÇağ Xəbər bületeninə abunə olun."