!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Tramp Bakıdan sonra Batumidəki biznesini bağladı

!Reklam – Yazi

trampGürcüstanın Batumi şəhərində həyata keçirilən “Trump Tower” layihəsinin icrası dayandırılıb.

Məlumatı “Trump Organization” şirkəti təsdiqləyib.

Qeyd edək ki, 47 mərtəbəli göydələnin tikintisi barədə razılaşma 2012-ci ildə imzalanıb.

Xatırladaq ki, ötən ay “Trump Organization” şirkəti Azərbaycan daxil olmaqla bir sıra ölkələrdə layihələr üzrə lisenziya razılaşmalarını dayandırıb. Bu addım Donald Trampın ABŞ prezidenti kimi biznes və siyasət maraqlarının toqquşa biləcəyi riski aradan qaldırmaq istəyilə bağlıdır.

Prezident Tramp maraqların toqquşmasının qarşısını almaq üçün biznesini tərk edəcəyini və onu övladlarına həvalə edəcəyini bildirib. Trampın yanvar ayında bununla bağlı mətbuat konfransı keçirəcəyi gözlənilir.

 

Yenicag.az

www.yenicag.az

573
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv