Tramp “Böyük İsrail”in yolunu açacaqmı? - Yəhudilərin “Kral Solomon” arzusu

Tramp “Böyük İsrail”in yolunu açacaqmı? – Yəhudilərin “Kral Solomon” arzusu

Müəllif: Redaktor

Baş Redaktor

ABŞ prezidenti Donald Trampın yenicə təyin etdiyi Yaxın Şərq üzrə müşaviri Valid Faresin İsrailin yetişdirdiyi kadr olması yəhudilərin çoxəsrlik planlarının icrasını yenidən gündəmə gətirib.

Yeniçağ.Az Türkiyə mediasına istinadən xəbər verir ki, yanvarın 20-də and içərək, səlahiyyətlərinin icrasına başlayan ABŞ prezidenti Donald Trampın hakimiyyət komandasına daxil etdiyi şəxslər ətrafında mübahisələr səngimir. Trampın birmənalı qarşılanmayan kadr təyinatları sırasında prezidentin Yaxın Şərq və beynəlxalq terrorizmlə mübarizə üzrə müşaviri vəzifəsinə gətirilmiş Valid Faresin adı xüsusi narazılıq doğurub. Araşdırma zamanı məlum olub ki, təqribən 10 il ərzində İsrailin lehinə lobbi fəaliyyəti ilə məşğul olan Demokratiyaya Dəstək Fondunda (Foundation for the Defense of Democracies) işləmiş Faresin yüksəlişi Livandakı vətəndaş müharibəsindən başlayır.

Məlumata görə, Faresin hərbi-siyasi karyerası 1975-90-cı illəri əhatə etmiş Livan Vətəndaş Müharibəsinin gedişində İsrailin təşkil edib, maliyyələşdirdiyi radikal sağ qruplaşmaların tərkibində döyüşməklə başlayıb. Fares general Mişel Aunun 1988-ci ildə Livan prezidenti seçilməsindən sonra çoxlu məzhəbçi qrupların müsəlmanlara qarşı birləşdiyi “Livan cəbhəsi” adlı hərbi koalisiyanın tərkibinə daxil olub. O dönəmdə Etyen Sakrın lideri olduğu başqa bir hərbi koalisiyanın siyasi rəhbərinin müavini təyin edilən Fares Livanda cərəyan edən proseslərdə ciddi rol oynayıb. Onun təmsil olunduğu həmin koalisiyanın “Bir fələstinli öldür və cənnətə düş” şüarı hələ də yaddaşlardadır.

Fares bu fəaliyyəti ilə yanaşı Livan xristianlarının Falanq partiyasına qoşularaq, İsrailin 1982-ci ildə sözügedən ərəb ölkəsini işğal etməsində də ona tapşırılan vəzifələri yerinə yetirib. Bundan sonra daha sıx təşkilatlanan Falanq partiyası və xristian-maronitlər Livan Vətəndaş Müharibəsində İsrailin əsas dəstəkçiləri olublar. Faresin bioqrafiyasının Livanla bağlı hissəsinin ən qanlı səhifəsini isə 1982-ci il sentyabrın 16-da Fələstin qaçqınlarının məskunlaşdığı Səbra və Çatilla düşərgələrinə təşkil olunmuş hücum təşkil edir. Həmin hücum nəticəsində təqribən 3 min fələstinli qətlə yetirilib.

Qeyd olunur ki, ABŞ prezidentinin müşaviri təyin olunan Fares Trampın “Qüdsü İsrailin paytaxtı elan etmək və “Müsəlman qardaşlar” hərəkatını terrorçu qurum kimi tanımaq” tezislərinin gerçək müəllifidir. O baxımdan, Amerikan-Ərəb Diskriminasiya Əleyhinə Komitənin 2016-cı il hesabatında Faresi İslamofobiya baxışlarına görə “Müharibə canisi” olaraq göstərməsi heç də təsadüfi deyil.

Bir çox təhlilçilər Faresin ABŞ-da yüksək vəzifəyə gətirilməsini yəhudilərin çoxəsrlik “Böyük İsrail” dövlətini yaratmaq arzusunun həyata keçməsi yönündə ciddi addım kimi qiymətləndirirlər. Xatırladaq ki, “Böyük İsrail” dedikdə, yəhudilərin min illər əvvəl – Süleyman Şah dövründə məskunlaşdıqları torpaqlar, Aralıq dənizindən Mesopatamiyaya, Qırmızı dənizdən Fərat çayına qədər olan ərazilər nəzərdə tutulur. Dəqiq desək, yəhudilərin iddia etdikləri o ərazilərdə hazırda İordaniya, Suriya, İraq və Səudiyyə Ərəbistanı kimi ərəb dövlətləri yerləşir. Yəni ilk baxışda yəhudilərin Süleyman Şah dövründə mövcud olmuş mistik sərhədləri bərpa etmək iddiası real görünmür. Lakin yəhudilər və onların ABŞ-dakı iri lobbi təşkilatları Trampın prezident seçilməsini bu ideyanın gerçəkləşməsi üçün “ilahi şans” olaraq dəyərləndirirlər.

Bu barədə Tramp nə düşünür? ABŞ prezidentinin yəhudiləri “Süleyman şah dövrü”nə qaytarmaq planına münasibəti yəqin ki özünü çox gözlətməyəcək.

A.Zeynalov
Yeniçağ.Az

Xəbərlər, Dünya, Manşet, Seçmələr

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
yenicag.az
yenicag.az
yenicag.az
yenicag.az
Yenicag.Az | Analitik İnternet Qəzeti