www.sinerjipro.net

SinerjiProWide
Reklam

“İran özünün İslam İnqilabı Keşikçiləri Korpusunu maliyyələşdirməyə hər zaman pul tapacaq”.

Amerika-Azərbaycan İnkişafa Yardım Fondunun baş eksperti Aleksey Sinitsın Yenicag.ru-ya müsahibəsində ABŞ-la İran arasında getdikcə gərginləşən münasibətlərini dəyərləndirib.

Ekspertin fikirincə, ABŞ prezidenti Donald Trampın İrana yönələn siyasətini sərtləşdirməsi həm ölkə daxilində, həm də Avropadakı müttəfiqləri arasında birmənalı qarşılanmayıb:

“Savadlı ingilis elitasını varlı Amerika elitası ilə qarışdırmayın. Filosof Frensis Bekonun fəlsəfəsinə görə, nəyisə tez bitirmək üçün gözləmək lazımdır.

Bax, Trampın bacarmadığı iş gözləməkdir. O, avqustun 2-də İran, Şimali Koreya və Rusiya əleyhinə sanksiyaları imzaladı. Həmin sanksiya qərarında Administrasiyadan, Dövlət Departamentindən, ordudan və kəşfiyyatdan qarşıdakı 6 ay ərzində İranın ABŞ-la müttəfiqlərinə təhlükə yaradan ənənəvi və asimmetrik siyasətinin zəiflədilməsinə yönələn strateji sənəd hazırlayaraq, Konqresə göndərmələri tələb olunur.

Həmin müddətin başa çatmasına üç ay yarım vaxt qalıb. Ancaq Tramp bütün hallarda anti-İran demarşı hazırlayıb – özü də düşünüb-daşınmadan.

MAQATE-nin baş katibi Yukiya Amano İranın nüvə anlaşmasına tam riayət etdiyini bildirib. Ancaq Tramp öz rəyinə əsaslanaraq, bunun əksini iddia etməkdədir.

Tramp İranın ABŞ banklarında dondurulmuş vəsaitlərinin hara xərcləndiyini soruşanda çox axmaq görünürdü. Sualına özü belə cavab verib: “yəqin terrorizmin maliyyələşdirilməsinə”.

Bu, zənni-gümandır, yoxsa prezident intuisiyası? Fərqi yoxdur.

Tramp İrana yeni hücumu ilə nə qazandı? O, Con Makkeynin, İsrailin, Səudiyyə Ərəbistanının xoşuna gəldi. Maraqlıdır ki, Trampın bu canfəşanlığına baxmayaraq, İsrail də, Səudiyyə Ərəbistanı da İranla birbaşa qarşıdurmadan yayınır.

Hətta ABŞ-ın Avropa müttəfiqləri də Trampın bu siyasətindən narazıdırlar. Almaniyanın xarici işlər naziri Ziqmar Qabriel bu narazılığı daha qabarıq şəkildə büruzə verir.

Onun sözlərinə görə, ABŞ-ın bu siyasəti Almaniya ilə yanaşı Avropanın digər ölkələrini də Rusiya və Çinlə ümumi mövqeyə sürükləyir”.

Nicat Hacıyev

Yenicag.Az - www.yenicag.az

Tarix:
Oxunma sayı: 638
Kateqoriyalar:
Paylaş:

× Saytın materialları mənbə göstərilmədən paylaşıla, kopyalana və ya başqa yerdə yayımlana bilməz.

Nə düşünürsən?
Xəbərləri İzləyin
Bənzər Xəbərlər

    "Günün manşet və ən çox oxunan xəbərlərini hər gün e-poçt vasitəsilə təqib etmək üçün YeniÇağ Xəbər bületeninə abunə olun."