yenicag.az

Tramp Emin Ağalarovu işdən belə qovmuşdu – VİDEO

Tramp Emin Ağalarovu işdən belə qovmuşdu – VİDEO

Müəllif: Redaktor

Editor

emin1478769548Bu günkü praymerizdəki qələbəsi ilə Respublikaçılar Partiyasından prezidentliyə əsas namizədə çevrilən Donlad Tramp hələ 2013-cü ildə azərbaycanlı iş adamı və müğənni Emin Ağalarovun klipində çəkilibmiş.

Həmin il müəlliflik hüquqları Donald Trampa məxsus olan Dünya Gözəllik yarışması (Miss Universe 2013) Moskva yaxınlığındakı Krasnoqorsk şəhərində baş tutmuşdu.

Yarışmanın keçirildiyi məkan kimi isə Emin Ağalaraovun atası Araz Ağalarova məxsus “Crocus City Hall” seçilmişdi.

Gözəllik yarışmasının keçirilməsində təşkilati dəstək göstərməklə yanaşı, Emin Ağalarov öz “İn Another Life” (“Başqa həyatda”) klipinin çəkilişlərində yarışmaya qatılmış dünya gözəllərini və hətta milyarder Donald Trampın şəxsən iştirakını təmin edə bilmişdi.

“İn Another Life” klipində ssenariyə uyğun olaraq şirkətin iclasında xəyallar aləminə dalmış müğənni dünya gözəllərinin çevrəsində təsvir edilir.

Klipin sonunda isə xəyallar aləmindən ayılan Emin iclasda olduğunu anlayır və məhz bu məqamda Amerika prezidentliyinə namizəd Donald Tramp meydana çıxır. Ssenariyə görə, şirkətin prezidenti olan Tramp “Emin ayıl, sənə nə olub?!” deyə onun iclas vaxtı fikrinin başqa yerdə olmasına acıqlanır və öz məşhur “Sən qovuldun!” (“You are fired!”) ifadəsini işlədərək, müğənnini “cəzalandırır”.

Məhz bu məqamda klip sona çatır. Modern.az “İn Another Life” klipi təqdim edir. Donald Tramp (3:31 dəqiqədən).(modern)

 

Maqazin

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
yenicag.az
yenicag.az
yenicag.az
yenicag.az
Yenicag.Az | Analitik İnternet Qəzeti