!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Tramp “erməni soyqırımı” deyəcəkmi? - “New York Times” buna inanmır

!Reklam – Yazi

ABŞ-ın bir qrup konqresmeni 24 aprel çıxışında “erməni soyqırımı” ifadəsini işlətməsi üçün prezident Donald Trampa müraciət edib.

Yeniçağ.Az Türkiyə mediasına istinadən xəbər verir ki, “erməni soyqırımı” ifadəsini işlətməsi üçün Trampa ünvanlanan müraciəti 80-dən çox konqresmen imzalayıb.

Bununla belə, Trampın da öz sələflərindən fərqli davranmayaraq dünya ermənilərinin ümidlərini puça çıxaracağı bildirilir.

Qeyd edək ki, Konqresin Nümayəndələr Palatasının Xarici siyasət və Kəşfiyyat komitələri sədrləri də daxil olmaqla, təqribən 80 konqresmen aprelin 10-da prezident Trampa məktub göndərərək, “erməni soyqırımı”nin “yüksək səviyyədə qeyd olunmasının vacibliyini” qeyd edib.

Konqresmenlərin Trampa göndərdikləri məktuba münasibət bildirən Amerika Erməni Federasiyasından bildirilib ki, qanunvericilər Trampı ənənəvi 24 aprel çıxışında “erməni soyqırımı” ifadəsini işlətməyə çağırıblar.

“New York Times” qəzeti isə iki il əvvəl Roma Papası Fransiskin 1915-ci ildəki məlum hadisələri “soyqırım” kimi qeyd etdiyini xatırladıb. Türkiyədən buna kəskin reaksiya verildiyi halda Fransa, Almaniya, Yunanıstan və bir çox başqa ölkələrin “erməni soyqırımı”nı tanıyaraq, Türkiyə ilə diplomatik böhran yaşadıqları vurğulanıb:

“ABŞ isə NATO üzrə müttəfiqi və Yaxın Şərqdə terrora qarşı mübarizədə tərəfdaşı olan Türkiyəni özündən uzaqlaşdırmamaq üçün məlum olayları soyqırım olaraq tanımadı. Barak Obama prezidentliyə namizəd olarkən o ifadəni işlətsə də prezident seçildikdən sonra həmin sözü təkrarlamaqdan yayınmışdı”.

Qəzet konqresmenlərin Trampa yazdığı məktuba toxunaraq, onların çağırışının nəzərə alınmasının inandrıcı olmadığını yazıb:

“Ancaq böyük ehtimalla bu, baş verməyəcək. Xüsusilə, hörmətli Trampın bir neçə gün əvvəl hörmətli Ərdoğanı referendumda qazandığı qələbə münasibəti ilə təbrik etməsindən sonra bu, inandırıcı görünmür”.

ABŞ-ın keçmiş prezidenti Barak Obama özünün 2016-cı il 24 aprel çıxışında 1915-ci il hadisələrini “Böyük faciə” adlandırmışdı.

Yeniçağ.Az

www.yenicag.az

591
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv