Tramp FETÖ-nun düşmənini nazir gətirir - Gülənə daha bir zərbə

Müəllif: Redaktor

Editor

ABŞ prezidenti Donald Tramp FETÖ terror şəbəkəsinin düşmən elan etdiyi və haqqında əks-təbliğat apardığı şəxsi komandasına götürür.

Yeniçağ.Az Türkiyə mediasına istinadən xəbər verir ki, hakimiyyyət komandasını formalaşdıran Tramp təhsil naziri vəzifəsinə FETÖ-nun düşməni Betsi DeVosun namizədliyini irəli sürüb.

Məlumata görə, ABŞ-dakı FETÖ terror şəbəkəsi onların sərbəst fəaliyyətinə əngəl törədən, dövlət məktəblərinə qarşı özəl məktəblər sisteminin tərəfdarı olan DeVosa qarşı “qara PR”a başlayıb. ABŞ-dakı ən böyük özəl məktəblər şəbəkəsinin FETÖ-yə məxsus olmasına baxmayaraq, Gülənçilər “təhsil cahili” adlandırdıqları nazir postuna 53 yaşlı xanım namizədin əleyhinə çıxırlar. FETÖ-çular hətta DeVosun milyarder ailəsini də “müharibə caniləri” elan ediblər. Gülənçilərin DeVosa qarşı çıxmalarının əsas səbəbi isə xanım namizədi FETÖ-nun ABŞ məktəblərində qurduqları “terror imperiyası” üçün başlıca təhlükə hesab etmələridir. Çünki dini təhsil məsələsində mühafizəkar baxışları ilə seçilən Düvos ödənişli xüsusi məktəblərə daha çox üstünlük verir.

Digər tərəfdən, ABŞ-da FETÖ şəbəkəsi barəsində fırıldaqçılıq ittihamı ilə təhqiqatlar da aparılmaqdadır. Məlum olub ki, FETÖ saxta sənədlər əsasında dövlətdən milyonlarla dollar məbləğində həvəsləndirici pullar alıb. Bununla bağlı bir neçə cinayət işi açılsa da, Federal Təhqiqatlar Bürosu (FTB) həmin təhqiqatları başa çatdırmadı. Ona görə də DeVosun təhsil naziri vəzifəsinə namizədliyinin irəli sürülməsi FETÖ-nun qayğılarını artırıb. Aydındır ki, DeVos göz görə-görə öz dövlətinin təhsil sistemində şəbəkələşən FETÖ-nun sərbəst fəaliyyətinə imkan verməyəcək.

 

Yeniçağ.Az


Loading...

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

Müzakirə

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir