!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

“Tramp İranla nüvə razılaşmasından imtina etməyəcək” – Elxan Şahinoğlu

!Reklam – Yazi

15415951_1151455261637501_885271014_nİsrail baş naziri Benyamin Netanyahu bəyan edib ki, İranla bağlanan nüvə sazişinin ləğvi üçün ABŞ-ın yeni seçilmiş prezidenti Donald Trampla danışacaq.

Məsələ ilə bağlı Yeniçağ.az-a münasibət bildirən politoloq Elxan Şahinoğlu İranla ABŞ arasında bağlanan nüvə sazişinə xitam veriləcəyinə inanmadığını deyib.

Onun sözlərinə görə, Tramp prezident seçilməzdən öncə İranla münasibətlərə yenidən baxacağını bəyan etmişdi:

“Bu açıqlama hardasa, İsrailin maraqlarına uyğundur. Amma düşünmürəm ki, bu məsələdə Tramp geri addım atsın. İran bu günlərdə çox hiyləgər gediş etdi. Belə ki, Amerikanın “Boeing” şirkəti ilə 16 milyard dollarlıq təyyarə sifariş verdi. Əgər nüvə sazişi ləğv olunsa, İran da həmin təyyarə sifarişlərindən imtina edəcək.

Bu, Trampın da maraqlarına cavab vermir. Çünki yeni prezident xarici siyasət məsələlərinə də iqtisadi prinsiplərdən yanaşır. Bu baxımdan Tramp nüvə razılaşmasından imtina etməyəcək. Məsələyə ədalətli yanaşsaq, deməliyik ki, İran razılaşmadan irəli gələrək nüvə çalışmaları ilə məşğul deyil və verdiyi vədə hələ ki əməl edir”.

BƏXTİYAR
Yeniçağ.Az

www.yenicag.az

448
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv