Tramp İsrailə öz dəstəyini nümayiş etdirib

Müəllif: resul

Editor

trumpAmerikanın yeni seçilən prezidenti Donald Tramp İsrailə öz dəstəyini nümayiş etdirib.

Yeniçağ.Az “Ölkə.Az”-a istinadən xəbər verir ki, Tramp sosial şəbəkədə yazdığı mesajda İsraili qüvvətli olmağa səsləyib.

“İsrailə qarşı bu qədər ləyaqətsiz və hörmətsiz rəftar edilməsinə icazə verməyəcəyik. ABŞ-da yaxşı bir dostları var idi, amma artıq yoxdur. Sonun başlanğıcı qorxulu İran razılaşması və indi də BMT Təhlükəsizlik Şurasının qərarı. Güclü qal İsrail. 20 yanvar sürətlə yaxınlaşır.”

Tramp, bir müddət əvvəl BMT Təhlükəsizlik Şurasının, İsrailin Fələstin ərazilərində qeyri-qanuni yaşayış massivi tikintilərini dərhal və həmişəlik dayandırması barədə qətnaməsini və səsvermə vaxtı ABŞ-ın bitərəf qalmasını kəskin tənqid etmişdi.

Tramp bundan sonra sosial şəbəkədə yazdığı mesajda BMT-nin səmərəli vaxt keçiriləcək bir klub olduğunu qeyd etmişdi.

Yeniçağ.Az


Loading...

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır