yenicag.az
yenicag.az

Tramp NATO-ni dağıda bilər? – Şərh

Tramp NATO-ni dağıda bilər? – Şərh

Müəllif: Redaktor

Editor

Natiq Miri: “NATO istiqamətində belə addım atmağa qətiyyən Trampa imkan verməzlər”

NATO Baş katibi Yens Stoltenberq Ağ Evin yeni sahibi Donald Trampa məktubla müraciət edərək onun hakimiyyəti dövründə NATO-nun dağılmaq riski ilə üzləşəcəyi haqda xəbərdarlıq edib.

Baş katib bildirir ki, Trampın seçilməsi nəticəsində ABŞ-ın NATO-dan çıxması, yaxud alyansın zəifləməsi və dağılması riski yaranıb: “Biz bütöv nəsillər ərzində təhlükəsizliyimiz üçün ən aydın çağırışlar qarşısında qalmışıq. İndi ABŞ-la Avropa arasında tərəfdaşlığı sınağa çəkmək zamanı deyil”.

Görəsən, Trampın seçki ərəfəsi səsləndirdiyi fikirlər əsasında NATO-nun dağılması risqi nə dərəcədə realdır?

Politoloq Natiq Miri Yenicag.az-a açıqlamasında bildirdi ki, ABŞ-ın özündə Trampa NATO-nu dağıtmağa imkan verməyəcəklər: “Seçki dönəmində Trampın verdiyi açıqlamalara diqqət yetirsək, təbii ki, NATO-nun dağılması üçün müəyyən təhlükələrin mövcud olduğunu görə bilərik. O mənada ki, Tramp NATO-ya üzv ölkələrin qurum üçün daha çox maliyyə ayırmasını istəyib və bütün yüklərin təkcə Vaşinqtona yüklənməməsini tələb edib. Yəni o maliyyə yüklərindən ABŞ-ı azad etmək üçün ilk növbədə özünün strateji müttəfiqlərini təhdid edib. Nəticədə də müəyyən narahatlılıqlar yaradıb. Natiq Miri ile ilgili görsel sonucuNATO baş katibinin Trampa məktubu da təxminən o yöndədir ki, Vaşinqton bu cür siyasət yürüdərsə, belədə qurumun birliyinə xələl gətirə bilər. Ancaq hər bir halda nəzərə almaq lazımdır ki, seçki öncəsi deyilənlərlə seçkidən sonrakı proseslər əsasən fərqli olur. O mənada ki, ABŞ bir şəxsin iradəsilə idarə olunan dövlətlərdən deyil. ABŞ-da dövlət çox güclüdür və xüsusi mexanizmlər vasitəsilə idarə olunur.

Bundan başqa, ABŞ kimi dövlətlərdə həmişə bir üst ağıl deyə siyasi amillər mövcuddur. Bu mənada düşünürəm ki,
həmin ağıllar qətiyyən ABŞ nüvəsi olduğu bu cür hərbi mərkəzin dağılmasına imkan versin. Belədə fikrimcə, tezliklə Tramp da bu ideyasından vaz keçəcək və NATO fəaliyyət göstərməkdə davam edəcək. Əks təqdirdə qurumun dağılması və ya zəifləməsi nəinki bloka daxil olan Avropa ölkələri, eyni zamanda ABŞ-ın özünün qlobal səviyyədə mövqelərinin zəifləməsinə gətirib çıxarar. Çünki NATO-nun parçalanması Çin və Rusiya kimi ölkələrin
geosiyasi marağındadır. Ona görə də NATO istiqamətində belə addım atmağa qətiyyən ABŞ-da Trampa imkan verməzlər. Zənnimcə, bu məsələdə də konkret korrektlər olacaq”.

ELÇİN

 

Manşet, Araşdırma, Banner, Seçmələr

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
yenicag.az
yenicag.az
yenicag.az
yenicag.az
Yenicag.Az | Analitik İnternet Qəzeti