!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Tramp Obamanın fərmanlarını ləğv edəcək

!Reklam – Yazi

1352399769_trmpABŞ-ın yeni seçilən prezidenti Donald Tramp yanvarın 20-də baş tutacaq inauqurasiyasından sonra Barak Obamanın imzaladığı fərmanların 70%-i ləğv edəcək.

Yeniçağ.Az APA-ya istinadən xəbər verir ki, bunu Fox News telekanalına müsahibəsində ABŞ Konqresinin Nümayəndələr Palatasının sabiq spikeri, Trampın ən yaxın adamlarından biri sayılan Nyut Qinqriç bəyan edib.

“Onun imzaladağı fərmanların 60-70%-i Tramp tərəfindən ləğv olunacaq”, deyə N.Qinqriç bildirib.

Onun sözlərinə görə, obyektiv səbəblərdən yenidən baxılacağı və ləğvi mümkün olmayan fərmanlar belə təxirə salınacaq və yaxud ləğv ediləcək. “Buna zəkalı hüquqşünasların köməyi ilə nail olmaq mümkündür”, deyə N.Qinqriç vurğulayıb.

Yeniçağ.Az

www.yenicag.az

622
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv