www.sinerjipro.net

SinerjiProWide
Reklam

Ərdoğanın ABŞ-a səfərindən sonra Rusiya Türkiyəyə qarşı bütün sanksiyaları ləğv edib.

Bu barədə Rusiya Baş nazirinin müavini Arkadi Dvorkoviç məlumat verib. Onun sözlərinə görə, Türkiyə şirkətlərinə qarşı sanksiyaların ləğvi ilə bağlı bütün sənədlər və protokollar imzalanmaq üçün hazırdır:

“Həftə ərzində bütün prosesi başa çatdıracağıq və Türkiyə ilə iqtisadi əlaqələrin bərpa edilməsi üzrə sənədlər hər iki tərəfin rəsmi şəxsləri tərəfindən imzalanmaq üçün hazır olacaq. Türkiyə və Rusiya prezidentlərinin Soçidə baş tutan görüşündən sonra ölkələrimiz arasındakı mövcud problem 99% həllini tapıb. Türk ortaqlarımızla hərtərəfli və dəyərli əməkdaşlıq vəziyyətinə qayıdırıq. Düşünürəm ki, bu müqavilələr imzalandıqdan sonra Türkiyə və Rusiya şirkətləri arasındakı maneələr aradan qaldırılacaq, qarşımızda əməkdaşlığı genişləndirmək üçün böyük imkanlar açılacaq”.

Türkiyə prezidentinin ABŞ-a səfərindən dərhal sonra rəsmi Kremlin belə bir qərar qəbul etməsi ekspertlər arasında bir sıra suallar doğurub. Rusiya rəhbərliyinin sözügedən qərarı analitiklər tərəfindən birmənalı qarşılanmayıb. Ən əsası odur ki, Suriya məsələsində ABŞ və Türkiyə arasında ciddi fikir ayrılıqları yaranmasına baxmayaraq, Ərdoğan ABŞ-da ən yüksək səviyyədə qarşılanıb. Ərdoğanla söhbət zamanı Tramp Türkiyəni strateji tərəfdaş adlandırıb və 1950-1953-cü illərdə NATO ordusu tərkibində Koreya müharibəsində vuruşan türklərin qəhrəmanlığını xüsusi olaraq vurğulayıb. Ərdoğan isə öz növbəsində Türkiyədə dövlət çevrilişinə cəhddə ittiham olunan Fətullah Gülənin ekstradisiyası və ABŞ-ın Suriyanın şimalında YPG/PYD kürd terroçularına dəstəyi məsələlərini sərt şəkildə ortaya qoyub.

Trampın Türkiyə tərəfinin sözügedən etirazlarına rəsmi cavabı məlum olmasa da, danışıqların gedişatına və Ərdoğanın qarşılanmasına (Türkiyə prezidenti şərəfinə rəsmi nahar da daxil olmaqla) baxdıqda belə demək olar ki, rəsmi Vaşinqton nəyin bahasına olursa-olsun etibarlı, güvənilən, sınaqlardan çıxmış, çətin anlarda sınanmış köhnə tərəfdaşını itirmək istəmir. Digər tərəfdən, Türkiyənin ABŞ üçün vacibliyini gözəl başa düşən rəsmi Kreml Putin və Ərdoğan arasında baş tutan danışıqlar zamanı müzakirə olunan planların cəld reallaşdırılmasına başlayıb.

Türkiyə liderinin ABŞ-a səfərinə qədər Rusiya Türkiyəyə qarşı sanksiyaları ləğv etməyə tələsmirdi. Rusiya nazirləri isə dəfələrlə bütün münasibətlərin eynianda bərpasına hələ ki hazır olmadıqlarını və sanksiyaların mərhələli şəkildə, hissə-hissə ləğv olunacağını vurğulayırdılar. İndi aydın olur ki, nə Rusiya, nə də ABŞ Avropa və Asiyanın kandarında dayanan, Yaxın Şərq ölkələrinə və bütün müsəlman cəmiyyətinə güclü təsirə malik ölkəni itirmək istəmirlər. Bu o deməkdir ki, geosiyasi proseslərin bütün nəhəng oyunçuları Türkiyənin razılığı olmadan heç bir geosiyasi layihənin reallaşdırılmayacağını başa düşməyə başlayıblar.

Yeniçağ.az

Yenicag.Az - www.yenicag.az

× Saytın materialları mənbə göstərilmədən paylaşıla, kopyalana və ya başqa yerdə yayımlana bilməz.

Nə düşünürsən?
Xəbərləri İzləyin
Bənzər Xəbərlər

    "Günün manşet və ən çox oxunan xəbərlərini hər gün e-poçt vasitəsilə təqib etmək üçün Yenicag.Az xəbər bületeninə abunə olun."