Tramp Rusiyaya qarşı tətbiq edilən sanksiyaları qüvvədə saxlayacaq

Müəllif: resul

Editor

ABŞ-ın yeni seçilən prezidenti Donald Tramp Obama administrasiyası tərəfindən Rusiyaya qarşı tətbiq edilən sanksiyaları qüvvədə saxlayacağını bəyan edib.

Yeniçağ.Az APA-ya istinadən xəbər verir ki, D.Tramp bu barədə “The Wall Street Journal” qəzetinə müsahibəsində bildirib.

Eyni zamanda D.Tramp qeyd edib ki, Rusiya terrorçuluqla mübarizə və digər sahələrdə özünü müsbət tərəfdən göstərdiyi təqdirdə sanksiyalara lüzum qalmayacaq.

ABŞ-ın yeni seçilən prezidenti yanvarın 20-də keçiriləcək inauqurasiya mərasimindən dərhal sonra Rusiya prezidenti Vladimir Putinlə görüşməyə hazır olduğunu vurğulayıb.

Yeniçağ.Az



© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır