!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Tramp Şimali Koreya ilə böyük müharibənin baş verə biləcəyini bildirib

!Reklam – Yazi

ABŞ və Şimali Koreya arasındaki münasibətlərdə müşahidə olunan gərginlik böyük silahlı münaqişəyə çevrilə bilər.

Yeniçağ.Az xəbər verir ki, bunu ABŞ prezidenti Donald Tramp “Reuters” agentliyinə verdiyi müsahibədə deyib.

“Ehtimal var ki, biz sonda Şimali Koreya ilə böyük, olduqca böyük münaqişəyə gedib çıxaq. Bu, şübhəsizdir”, — deyə Amerika lideri əlavə edib.

ABŞ prezidenti böhranı sülh yolu ilə həll etməyə kökləndiyini bildirib.

“Biz məsələləri diplomatik yolla həll etmək istəyirik, lakin bu çox çətindir”, — deyə Tramp qeyd edib.

Şimali Koreya lideri Kim Çen Inın hakimiyyətə çox gənc yaşında gəldiyini qeyd edən ABŞ prezidenti, onun ağıllı olmasına ümid etdiyini bildirib.

Bundan əvvəl, Pentaqon rəhbəri Ceyms Mettisin, dövlət katibi Reks Tillersonun və Milli Kəşfiyyatın direktoru Den Koutsun birgə bəyanatlarında bildirilir ki, ABŞ KXDR-i nüvə proqramından çəkindirmək üçün bu ölkəyə qarşı sanksiyaları sərtləşdirmək niyyətindədir.

Sənəddə qeyd olunur ki, ABŞ prezidentinin Şimali Koreyaya təzyiqlərin gücləndirməsi Pxenyanın nüvə və raket proqramlarından imtina etməsi məqsədi daşıyır. Ağ Ev rəhbəri Vaşinqtonun müttəfiqləri və regional tərəfdaşları ilə birlikdə diplomatik tədbirlərdən istifadə etməklə, həmçinin iqtisadi sanksiyaları artırmaqla Pxenyanı raket və nüvə proqramlarından daşındırmaq niyyətindədir.

Vaşinqton bu mənada KXDR-i dialoqa qaytarmağa çalışır.

Yeniçağ.Az

www.yenicag.az

506
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv