Tramp və Putin arasında telefon danışığı başa çatıb - YENİLƏNİB

Müəllif: Redaktor

Editor

ABŞ prezidenti Donald Trampla Rusiyanın dövlət başçısı Vladimir Putin arasında telefon danışığı başa çatıb.

Yeniçağ.az-ın məlumatına görə, dövlət başçılarının telefon danışığı 45 dəqiqə davam edib.

Bu, Trampın dövlət başçısı vəzifəsinin səlahiyyətlərini icra etməyə başlamasından sonra ABŞ və Rusiya dövlət başçıları arasında ilk telefon danışığıdır.

***

ABŞ prezidenti Donald Tramp və onun rusiyalı həmkarı Vladimir Putin arasında telefon danışığı başlayıb.

APA-nın “RİA Novosti”yə istinadən verdiyi xəbərə görə, bu barədə D.Trampı mətbuat katibi Şon Spayser “Twitter” səhifəsində bildirib. Onun sözlərinə görə, D.Tramp V.Putinə Ağ Evdəki “Oval kabinet”dən zəng edib. Danışıq zamanı otaqda Trampın müşavirləri iştirak edirlər.

Ş.Speyserin dərc etdiyi fotoda masa arxasında əyləşən Trampın telefonla danışdığı an əks olunub. Masanın ətrafındakılar arasında vitse-prezident Mayk Pens, Ağ Ev aparatının rəhbəri Rayns Pribas, prezidentin milli təhlükəsizlik üzrə müşaviri Maykl Flinn və strateji məsələlər üzrə müşaviri Stiven Bennondur.

***

ABŞ prezidenti Donald Tramp və onun rusiyalı həmkarı Vladimir Putin arasında telefon danışığı baş tutub.

APA-nın xəbərinə görə, bu barədə “Röyters” ABŞ administrasiyasındakı yüksək vəzifəli məmura istinadən məlumat yayıb.

Məlumata görə, telefon danışığı 45 dəqiqə davam edib.

Danışıqların təfərrüatı barədə hələlik məlumat verilmir.

Qeyd edək ki, bu, Trampın inauqurasiyasından sonra Rusiya və ABŞ liderləri arasında ilk telefon danışığıdır.

Bu gün D.Tramp həmçinin Almaniya kansleri Angela Merkel və Yaponiyanın baş naziri Sindzo Abe ilə telefon danışığı keçirib.

Yeniçağ.az


Загрузка...
Loading...

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır

Müzakirə

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir