Yazı İçi 468×60

Trampdan azərbaycanlılarla bağlı qərar: işimiz çətinləşdi

Yenicag.az haqqın.az-a istinadən xəbər verir ki, ABŞ prezidenti Donald Tramp tərəfindən imzalanmış miqrasiya qaydalarının sərtləşdirilməsi haqqında fərman yalnız İran, İraq, Suriya, Sudan, Liviya, Somali və Yəmənin vətəndaşlarına təsir etməyib. Vizaların verilməsi ilə bağlı dəyişikliklər Rusiya, Belarus və başqa dövlətlərin vətəndaşlarına da şamil edilir.

Məsələn, dəyişikliklərdən əvvəl vizanın təkrar alınması (4 ildən sonra) zamanı vətəndaşlar “The Visa Interview Waiver Program”ı çərçivəsində söhbətdən keçməyə bilirdi. Yeni qaydalar üzrə bu müddət 12 aya qədər azaldılıb.

ABŞ-ın Azərbaycandakı Səfirliyinin cavabından məlum olur ki, dəyişikliklər bizim ölkəmizin vətəndaşlarına şamil ediləcək.

Qeyd edək ki, xarici dövlətlərin və beynəlxalq təşkilatların viza almaq üçün müraciətləri, uşaqlar və yaşı 79-dan yuxarı olanlar bu prosedurlardan keçməyəcək.

Yenicag.az

Yenicag.Az - www.yenicag.az

Tarix:
Oxunma sayı: 31
Kateqoriyalar:
Etiketlər:
Paylaş:

× Saytın materialları mənbə göstərilmədən paylaşıla, kopyalana və ya başqa yerdə yayımlana bilməz.

Nə düşünürsən?
Xəbərləri İzləyin
Bənzər Xəbərlər

    WideSkyscrapper 160×600

    WideSkyscrapper 160×600

    "Günün manşet və ən çox oxunan xəbərlərini hər gün e-poçt vasitəsilə təqib etmək üçün YeniÇağ Xəbər bületeninə abunə olun."