yenicag.az

Trampdan FETÖ-yə ilk zərbə: CIA casusları Gülən məktəblərindən qaçırlar

Trampdan FETÖ-yə ilk zərbə: CIA casusları Gülən məktəblərindən qaçırlar

Müəllif: Redaktor

Editor

Başda Malayziya, Hindistan və Gürcüstan olmaqla, bir çox xarici ölkədə fəaliyyət göstərən FETÖ terror şəbəkəsinə məxsus qurumlarda çalışan rəhbər heyət və müəllimlərin istefa verdikləri bildirilir.

Yeniçağ.Az Türkiyə mediasına istinadən xəbər verir ki, ABŞ-ın yeni seçilmiş prezidenti Donald Trampın vəzifəsinin icrasına başlamasına bir neçə gün qaldığı ərəfədə FETÖ-nun Türkiyədən kənardakı strukturlarında narahatlıq artıb.
Türkiyənin beynəlxalq miqyasda FETÖ şəbəkəsinin ifşası və sıradan çıxarılmasına yönələn ardıcıl tədbirləri artıq öz nəticəsini verməkdədir. Bu çərçivədə bəzi ölkələrdə FETÖ məktəblərinin bağlanmasından sonra şəbəkəyə məxsus tədris müəssisələrində işləyən amerikaəsilli rəhbər heyəti və müəllimlərin kütləvi şəkildə istefa verdiklərinə dair xəbərlər yayılmaqdadır. Açıq görünür ki, Donald Trampın ABŞ prezidenti postunda vəzifəsinin icrasına başlayacağı tarixin yaxınlaşması FETÖ strukturlarında şok effektli narahatlıq doğurub. Məlum idi ki, ABŞ Mərkəzi Kəşfiyyat İdarəsinin (MKİ-CIA) xəfiyyələrini bir sıra ölkələrdə yaradılmış FETÖ məktəblərində işlə təmin edərək, casusluq fəaliyyətini həyata keçirirdi. Xəfiyyələrin öz vəzifələrindən kütləvi surətdə istefa vermələri isə “CIA artıq FETÖ-nu əvvəlki kimi yararlı və etibarlı saymır” qənaətinin yaranmasına səbəb olub.

Trampın vəzifəsinin icrasına başlaması ərəfəsində yayılan başqa bir məlumat da FETÖ-də ciddi narahatlıqla qarşılanıb. “Washington Post” qəzetinin yazdığına görə, Tramp administrasiyası “sui-istifadə hallarını” əsas götürərək, FETÖ-nun ABŞ-dakı məktəblərində çalışan türkiyəli müəllimlər üçün alınmış H-1B vizalarının müddətinin uzadılmasına qarşıdır.

Digər tərəfdən, ABŞ Konqresi Nümayəndələr Palatasının üzvü Darrel İssia bildirib ki, Donald Tramp ölkədəki mövcud iş yerlərinin xarici ölkə vətəndaşlarına deyil, amerikalılara verilməsini, eyni zamanda, əcnəbilərin ölkədə işlə təmin olunması qaydalarının sərtləşdirilməsini nəzərdə tutan qanun layihəsini dəstəkləyir. Trampın H-1B vizası ilə bağlı “ucuz işçi qüvvəsi” və “böyük sui-istifadə imkanı” ifadələrini işlətdiyi də bildirilir.

Yeniçağ.Az

Xəbərlər, Dünya, Manşet, Banner

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
yenicag.az
yenicag.az
yenicag.az
yenicag.az
Yenicag.Az | Analitik İnternet Qəzeti