Trampdan Yaxın Şərqə dair bədbin proqnoz

Trampdan Yaxın Şərqə dair bədbin proqnoz

Müəllif: resul

Editor

57cc4001ee5e14a05f7a186a2c6f3f68BMT TŞ-nin İsrailin Fələstin ərazilərində məskunlaşmasına qadağa qoyan qətnaməsi Yaxın Şərqdə sülhün bərpasını çətinləşdirəcək.

Yenicag.az-ın APA-ya istinadən verdiyi xəbərə görə, bu barədə ABŞ prezidenti Donald Tramp bildirib.

“İsrailin BMT-dəki böyük məğlubiyyəti sülhün əldə olunmasını daha da çətinləşdirəcək”, – deyə Tramp “Twitter” səhifəsində bildirib.

“Lakin biz istənilən halda məqsədimizə nail olacağıq”, – deyə Tramp əlavə edib.

Qeyd edək ki, BMT Təhlükəsizlik Şurası ötən gün İsraildən Fələstin ərazilərində yaşayış məskənlərinin inşasına son qoymağı tələb edən qətnamə qəbul edilib.

Sənəddə həmçinin qeyd edilir ki, tərəflər dinc əhaliyə qarşı zorakılıq aktlarının qarşısını almaq üçün addımlar atmalıdır, Fələstinin yekun statusu ilə bağlı etibarlı danışıqların başlamasına səy göstərməlidirlər.

Qətnamənin lehinə Təhlükəsizlik Şurasının 14 üzvü səs verib.

Yenicag.az

Dünya

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
yenicag.az
yenicag.az
yenicag.az
yenicag.az
Yenicag.Az | Analitik İnternet Qəzeti