Ads by Google

hightechnic
Ads by Google

ABŞ prezidenti Donald Trampın Avropa İttifaqına (Aİ) daimi nümayəndəsi vəzifəsinə namizəd olan iqtisadçı-professor Ted Mallo “köhnə dünya”nı yenə ələ salıb.

Yeniçağ.Az Türkiyə mediasına istinadən xəbər verir ki, Avropa İttifaqı əleyhinə fikirləri ilə tanınan Ted Mallo bu dəfə “ənənəvi tənqid hədəfləri”ni nankorluqda ittiham edib. Özünün sosial şəbəkə hesabından paylaşdığı yeni statusda avropalıların Aİ-də, yaxud da başqa bir ittifaqda təmsil olunmalarına özlərinin qərar vermələrinin vacibliyini bildirib. Avropanın II Dünya Müharibəsindən sonra məhz ABŞ-ın sayəsində “yenidən doğulduğunu” yazan Mallo qəzəbini gizlətməyib:

“Avropanı indiki vəziyyətə gətirən bizim qanımız, bizim tərimiz, bizim göz yaşımız və bizim pullarımızdır. Hazırda Amerikaya qarşı çıxmaqdansa, ona minnətdarlıq etmək daha yaxşı olardı”.

Avropanın əsas ölkələrinin ABŞ-a münasibətlərini kəskin tənqid edən Mallo Aİ rəhbərliyinin “başağrısı”na çevrilib. Professorun Aİ-nin dağılacağı, bu və ya başqa ölkələrin qurumu tərk edəcəyi, avronun sıradan çıxacağı haqda fikirləri Brüsseldə ciddi narahatlıq yaratmaqdadır. Mallonun ABŞ-ın Ai-dəki daimi nümayəndə vəzifəsinə əsas namizəd olması isə Brüsselin narahatlığını daha da artırır. O baxımdan, Aİ rəhbərliyinə daxil olan şəxslərin Trampa müraciət edərək, Mallonun namizədliyini geri çəkmək xahişləri başa düşüləndir. Ancaq maraqlıdır ki, nə Tramp bu müraciətlərə reaksiya verir, nə də Mallo Avropa əleyhinə çıxışlarını dayandırır.

Belə görünür ki, Tramp ABŞ-a qarşı şərtlə danışmağa cəhd göstərən Avropanın əsəblərini hələ çox tarımda saxlayacaq.

A.Zeynalov
Yeniçağ.Az

Yenicag.Az - www.yenicag.az

Tarix:
Oxunma sayı: 64
Kateqoriyalar:
Etiketlər:
Paylaş:

× Saytın materialları mənbə göstərilmədən paylaşıla, kopyalana və ya başqa yerdə yayımlana bilməz.

Ads by Google

Nə düşünürsən?
Xəbərləri İzləyin
Bənzər Xəbərlər

    "Günün manşet və ən çox oxunan xəbərlərini hər gün e-poçt vasitəsilə təqib etmək üçün Yenicag.Az xəbər bületeninə abunə olun."