!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Trampın gəlişi müxalifətin Qərbə ümidini birdəfəlik dəfn etdi, etmədi?

!Reklam – Yazi

ABŞ Obama hakimiyyəti dövründə bir çox ölkələrdə demokratiyanın təbliği, insan hüquqlarının qorunması və sair bu kimi məsələlərlə bağlı layihələr həyata keçirirdi. Bu layihələr vasitəsilə Azərbaycandakı bir sıra müxalif qüvvələrə dolayı yolla dəstək verilirdi. Lakin Donald Tramp ABŞ hökumətinin rəhbərliyinə gəldikdən sonra sələfi Obamanın bir çox qərarlarını ləğv etdi. Bəs görəsən bundan sonra Azərbaycandakı bir sıra müxalif qüvvələr nəyə ümid edəcəklər?

Məsələ ilə bağlı Yeniçağ.az-a danışan Vətəndaş və İnkişaf Partiyasının sədri Əli Əliyev deyib ki, ABŞ prezidenti Tramp Obamadan bütün göstəriciləri ilə fərqli siyasətçidir. Onun sözlərinə görə, Obama solçuların, Tramp isə sağçı siyasi kəsimin nümayəndəsidir:

Əli Əliyev ile ilgili görsel sonucu“Ona görə də onların bütün məsələlərə baxışları ziddiyyət təşkil edir. O cümlədən milli maraqlara yanaşma nöqteyi-nəzərindən sağçılar həmişə mühafizəkar mövqe sərgiləyirlər. Bir sıra qərarlarda dəyişiklik edilməsi onların təmsil etdiyi siyasi qanadların mövqeyindən, bazis platformasından irəli gəlir. Trampın layihələrin dayandırılması ilə bağlı qəbul etdiyi qərarın Azərbaycandakı siyasi proseslərə və yaxud da qeyri-hökumət sektoruna təsirinə gəlincə, mən buna ancaq sevinirəm. Çünki kənar dairələrdən maliyyələşən siyasi qüvvələr heç bir halda milli maraqlara xidmət etmir. Ona görə ki, pul ödəyiciləri onlara özlərinə sərf edən “musiqini” sifariş edir. Yəni, qayda belədir. Hesab edirəm ki, ABŞ-dan verilmiş bu qərarın Azərbaycanın milli maraqlarına ciddi ziyanı olmayacaq”.

Azərbaycan Demokrat Partiyasının sədri Sərdar Cəlaloğlu deyib ki, kasıb ölkələrə ABŞ-dan maliyyə yardımı ayrılır:

Sərdar Cəlaloğlu ile ilgili görsel sonucu“Ola bilsin ki, həmin maliyyə yardımları dayandırılacaq. Qeyri-hökumət təşkilatları üçün qrant layihələrinə gəlincə, bu, ABŞ dövləti vasitəsilə həyata keçirilmir. Belə layihələr dayandırılmayıb”.

Yurddaş Partiyasının sədri Mais Səfərli deyib ki, ABŞ-dan Azərbaycana yönələn layihələrin dayandırılmasının heç bir qorxusu yoxdur. Onun sözlərinə görə, bu layihələr demokratiyanın dəstəklənməsi adı ilə postsovet məkanındakı ölkələrə ixrac edilirdi:

Mais Səfərli ile ilgili görsel sonucu“Azərbaycan demokratiya sahəsində kifayət qədər irəli addımlar atıb. Azərbaycan Konstitusiyasında istər demokratiya, istərsə də insan hüquqları sahəsində mütərəqqi fikirlər yer alıb. Prezident İlham Əliyev də bu konstitusiyanın zəmanəti olaraq, demokratik, hüquqi islahatları çox uğurla həyata keçirir.

Digər tərəfdən, Azərbaycandakı müxalif radikal-siyasi qüvvələr öz fəaliyyətinə yenidən baxmalıdır. Bunlar həmişə “Qərb bizi dəstəkləyəcəkdir” prinsipi ilə yaşayıbdır. Müxalifət partiyaları normal hüquqi bir təşkilat qura bilmirlər. Bunların öz partiyalarında demokratik yanaşma təmin edilməyib. Əgər həqiqətən demokratiyanı dəstəkləsəydilər, o zaman bu partiyaların rəhbərləri çoxdan dəyişmişdi. Müxalif siyasi təşkilatların rəhbərləri seçkiləri uduzurlar, ancaq öz kürsülərindən əl çəkmək istəmirlər. Göründüyü kimi, bu partiyalarda demokratiya yoxdur. Əgər Qərbə arxalanıb, yerlərində sayacaqlarsa, islahatlara getməyəcəklərsə, onda həmin müxalif partiyalar tarixə qovuşacaq”.

Əli Orucov ile ilgili görsel sonucuAzərbaycan Milli İstiqlal Partiyasının funksioneri Əli Orucov isə bildirib ki, ABŞ hökuməti tərəfindən hansısa layihələrin dayandırılması ilə bağlı konkret məlumat yoxdur:

“Ancaq bizim partiya üçün vacib olan odur ki, Azərbaycana qarşı olan “907-ci düzəliş” tamamilə aradan qaldırılsın. Digərlərinin Azərbaycan üçün bir o qədər də əhəmiyyəti yoxdur”.

 

 

 

 

Bəxtiyar
Yeniçağ.az

www.yenicag.az

705
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv