!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Trampın həyat yoldaşları qırğına çıxdı

!Reklam – Yazi

ABŞ prezidenti Donald Trampın hazırkı xanımı Melania Tramp və keçmiş həyat yoldaşı İvana Tramp arasında “first lady” mübahisəsi düşüb.

Yenicag.az xarici KİV-ə istinadən xəbər verir ki, Trampın birinci xanımı və 3 övladının anası ABC televiziya kanalında yayımlanan “Good Morning Amerika” verilişinə qatılaraq, “Raising Trump” (Tramp yetişdirmək) adlı kitabını təqdim edib.

İvana Trampın verilişdə səsləndirdiyi sözlər isə qalmaqala səbəb olub:

“Ağ Evə birbaşa zəng edə bilərəm. Ancaq hər hansı bir qısqanclığa səbəb olmaq istəmirəm. Çünki mən Trampın ilk xanımıyam. Mən “first lady”yəm, aydındır?”

O, bildirib ki, Trampdan olan övladları Donald Jr., Eric və İvanka ilə qürur duyur.

Melania Trampın İvanaya cavabı isə özünü çox gözlətməyib. Trampın oğlu Barronun anası, 47 yaşlı Melania Trampın fikirlərini isə mətbuata Ağ Evin rabitə müdiri Stefan Qrişam çatdırıb:

“Xanım Tramp Ağ Evi prezident Tramp və Barron üçün ev etdi. O, Vaşinqonda yaşamağı sevir və ABŞ-ın “first lady”si olmaqdan qürur duyur. Statusunu və rolunu uşaqlara yardım etmək üçün istifadə edir, daha kitab satmaq üçün yox.”

Qeyd edək ki, İvana və Donald Tramp 1977-ci ildə ailə qurub və 1992-ci ildə boşanıblar.

www.yenicag.az

1917
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv