Trampın inauqurasiya tədbirindən sonra Obama nə ilə məşğul olacaq?

Müəllif: resul

Editor

obamaABŞ prezidenti Barak Obama bildirib ki, Donald Tramp fəaliyyətə başladıqdan sonra, 21 yanvar günü yatacaq.

Yeniçağ.Az “Ölkə.Az”-a istinadən xəbər verir ki, Barak Obama bu barədə “CNN” kanalına müsahibəsində xəbər verib.

Prezident deyib: “21 yanvar gününə aid planlarım yatmaqdır. Həyat yoldaşımı istirahətə aparacam və o, mənə deyib ki, mən özümü yaxşı aparmalıyam”.

Obama bundan sonra ilk kitabı barədə düşünəcək və daxili harmoniyasını tapmağa çalışacaq: “Mən siyasi planda yox, daxili məsələlərdə sakitçiliyə çəkiləcəm. Nəsə ciddi iş görmədən əvvəl harmoniyanı tapmaq lazımdır. Mənim əsas marağım prezident mərkəzidir. Bu mərkəzdə yeni nəslin istedadlarının inkişafı nəzərdə tutulub”.

Qeyd edək ki, ABŞ prezidentinin xanımı Mişel Obama bildirib ki, 9 noyabr tarixində səslərin sayıldığı gün o, yatmağa gedib.

Yeniçağ.Az



© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır